AA
Fransa Prezidenti Emmanuel Makronun “Birgə” koalisiyası bazar günü keçirilən seçkilərdən sonra Milli Assambleyadakı çoxluğu itirib.
Bu barədə "Le Figaro" qəzeti səslərin hesablanmasının ilkin nəticələrinə əsasən xəbər verir.
Emmanuel Makron tərəfdarlarının 237 mandatı olacaq, çoxluq üçün isə 289 mandata ehtiyac var. Jan-Lük Melenşonun rəhbərlik etdiyi solçu koalisiya 130 yerlə ikincidir.
https://toplum.tv/dunya/makron-fransanin-muharibe-iqtisadiyyatina-kecdiyini-elan-etdi
Üçüncü yer - Mari Le Penin Milli Assosiasiyasının olub. O, 89 yer alıb. Bu, seçkilərdən əvvəlkindən on dəfə çoxdur. Bu isə Assosiasiyanın tarixində ən yaxşı nəticədir - bundan əvvəl ən yaxşı nəticə 1986-cı il seçkilərində qeydə alınmışdı. O zaman onlar 35 mandat almışdılar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”