Siyasət

Fransa XİN İlham Əliyevin tənqidlərinə cavab verib

19 Oktyabr, 2022
1515

Açıq mənbələrdən götürülüb

Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevin Emmanuel Makronun “France 2” telekanalına müsahibəsində söylədiyi fikirləri tənqid etməsini şərh edib.

Bu barədə "Turan" xəbər verir.

Əliyevin “Makron öz fikirlərilə Fransanın Azərbaycanla dost və balanslı münasibətlərinin üstündən xətt çəkib” sözlərinə Parisin reaksiyası barədə sualın cavabında Fransalı diplomat deyib: “Bu şərhlər Fransanın Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişin olması üçün tam səfərbər olmasını heç bir şəkildə dəyişdirmir. Məhz Fransa Respublikası prezidentinin öhdəliyi sayəsində oktyabrın 6-da Avropa siyasi birliyinin sammiti çərçivəsindən kənar Şarl Mişel, prezident Əliyev və baş nazir Paşinyanın dördtərəfli görüşü baş tutub. Bu münasibətlə qəbul edilmiş bəyənnamənin ifadə etdiyi kimi, bu görüş məqsədə doğru irəliləməyə imkan verdi. Digər tərəfdən, Fransa iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlara imkan yaratmaq üçün Avropa İttifaqı ilə başlayan prosesi tam dəstəkləyir”.

https://toplum.tv/siyaset/eliyev-makronu-kuce-leksikonundan-istifade-de-ittiham-etdi

Öz növbəsində Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, ölkəsinin Xarici İşlər Nazirliyi Parisin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün tam səfərbər olduğunu təsdiqləyib.

O, "Tvitter" hesabında yazıb ki, Praqada Fransa prezidenti və Avropa İttifaqı Şurası rəhbərinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü və onların qəbul etdiyi birgə bəyanat bu istiqamətdə atılan adımdır.

Qross qeyd edib ki, Fransa Avropa İttifaqının sülh sazişi üzrə danışıqlarını dəstəkləyir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo