Dünya

Gürcüstanda siyasi böhran: müxalifət hakim partiyanı diktatorluqda ittiham edir

23 Fevral, 2021
3055

Vahid Gürcüstan Partiyasının sədri Nino Burcanadze müxalifət patriyasının sədri Niko Meliyanın həbs edilməsinə kəskin münasibət göstərib.“Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi diktaturanın təsdiqlənməsidir”, - Burcanadze açıqlamasında deyib. 

"Sputnik Gürcüstan"ın fevralın 23-də verdiyi xəbərə görə, Burcanadze baş verənlərin müstəqil Gürcüstan tarixində utancverici hadisə adlandırıb. 

“Bütün bunlar Gürcüstanda diktaturanın mövcudluğunu təsdiqləyir. Gürcülərin 30 illik mübarizəsinin belə yekunlaşması çox utancverici və məyusedici hadisədir”, - deyə siyasətçi vurğulayıb.

Hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze isə öz növbəsində müxalifəti tənqid edib və onları bolşeviklərin davamçıları adlandırıb. Hakim partiyanın təmsilçisi həmçinin Nika Meliyanın təhlükəli və hakimiyyətə gəlmək üçün hər şey etməyə qadir insan adlandırıb: “Bu gün 23 fevral – Qızıl Ordunun yaranması günüdür. Bu ordunun bolşevikləri yenidən Gürcüstan dövlətçiliyinə qarşı çıxırlar. Amma sübut olunub ki, müasir bolşeviklər – Mixeil Saakaşvili, Nika Qvaramiya, Giqa Bokeriya, Nika Meliya, Nino Burcanadze, Nato Çxeidze və İrakli Okruaşvili Gürcüstan dövlətçiliyini sarsıda bilməzlər”.

Nika Meliyanın həbs olunması ilə əlaqədar olaraq, Gürcüstan müxalifəti bu gün saat 15:00-da hökumət binasının qarşısında mitinq keçirəcəyini açıqlayıb. 

Bu gün paytaxt Tbilisi şəhərində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri müxalif “Vahid Milli Hərəkat” partiyasının baş ofisində əməliyyat keçirib.

Fevralın 23-də səhər saatlarından binanın ətrafına çox sayda polis və xüsusi texnika yeridilib. Müxalif partiyanın sədri Nika Meliyanın dinc şəkildə təslim olması üçün yarım saat vaxt verilib. Ardınca isə polis baş ofisə daxil olaraq, partiya sədrini həbs edib. Polisin əməliyyat zamanı bibər qazı spreyindən istifadə etdiyi, ümumən 20-dən çox müxalifi saxladığı bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İranda Xameneini parodiya edən satirikə qarşı cinayət işi açılıb

16 Oktyabr 2026

sosial media

İranın Tehran prokurorluğu “Instagram”da satirik videoları ilə tanınan Səid Şəkibaya qarşı cinayət işi açıb. Buna onun ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin səsini parodiya etdiyi videonun sosial şəbəkələrdə yayılmasının səbəb olduğu bildirilir. “Radio Farda” Şəkibanın “təhqiredici və alçaldıcı məzmun yaymaq” ittihamı ilə məsuliyyətə cəlb edildiyini, barəsində “müvafiq tədbirlər” görüldüyünü yazıb. Son günlər hakimiyyətə yaxın sosial media istifadəçiləri videonu paylaşaraq satirikin cəzalandırılmasını tələb ediblər. SEPAH-a bağlı “Fars” agentliyi isə paylaşımı “təhqiredici və alçaldıcı” adlandırıb, videoda “kobud və nalayiq” ifadələrin işləndiyini bildirib. Şəkiba əsasən məhşur şəxslərin səslərini təqlid etdiyi komediya videoları ilə tanınır. Onun “Instagram” hesabının təxminən 1 milyon izləyicisi olduğu, səhifənin...
Dünya

Araşdırma: “İsrail şirkəti onlayn reklamlar vasitəsilə kütləvi casusluq əməliyyatı aparıb”

16 Oktyabr 2026

sosial media

İsrailin “Discover-Tech” rəqəmsal reklam şirkətinin onlayn reklamlar vasitəsilə internet istifadəçilərini izlədiyi, bəzi hallarda isə onların cihazlarına casus proqram yerləşdirilməsinə şərait yaratdığı bildirilir. Bu barədə Kanadanın “Citizen Lab” araşdırma qrupu və ABŞ-nin reklam təhlükəsizliyi üzrə “Confiant” şirkətinin hesabatlarına istinadən “Reuters” yazıb. Araşdırmaya əsasən, “Discover-Tech”in mobil telefon və qulaqlıq kimi məhsulları reklam edən elanları 120 mindən çox internet saytında və 75 min tətbiqdə nümayiş etdirilib. Şirkətin gündə azı 10 milyon reklam göstərdiyi, zərərli reklamların yerləşdirildiyi saytlara daxil olan və ya tətbiqlərdən istifadə edən şəxsləri izləyə bildiyi deyilir. Bildirilir ki, bəzi hallarda şirkət smartfon istifadəçilərinin telefon nömrələrini əldə etməyə də cəhd göstərib. Tədqiqatçılar...

Seçilmiş Videolar

Toplum TV loqo