Dünya

İddia: ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasına icazə verib

4 Avqust, 2021
2592

Açıq mənbələrdən götürülüb

"İranla İsrail arasında dənizlərdə qeyri-rəsmi müharibə davam edir. İsrail İranı iyulun 30-da onun ticarət gəmisinə hücumda ittiham edib. Hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Əslində hücuma məruz qalan “Mercer Street” adlı gəmi Liberiya bayrağı altında üzür və Yaponiyaya məxsusdur. Ancaq gəminin idarəetməsi İsrailin “Zodiac Maritime” şirkətinə məxsusdur. Bu, il başlayandan İsrail şirkətlərinə məxsus 5-ci gəmiyə hücum əməliyyatıdır".

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin "İran-İsrail dəniz müharibəsi qızışır" başlıqlı analizində bildirilib. 

Məqalədə iddia olunur ki, Vaşinqton İsrailə İranın mövqelərinə qarşı hücum əməliyyatları həyata keçirməyə yaşıl işıq yandırıb. 

Sosial mediada yayımlanan məqalədə həmçinin bu fikirlər yer alıb:

"Gəmiyə hücum zamanı gəmidə xidmət edən Böyük Britaniyanın və Rumıniyanın vətəndaşları həlak olublar. Buna görə də İranın bu iki ölkədəki səfirləri Böyük Britaniyanın və Rumıniyanın Xarici İşlər Nazirliklərinə çağrılıblar.

Tehran ittihamları rədd edib. Ancaq o da məlumdur ki, İsrail İranın və Tehrana bağlı “Hizbullah” təşkilatının Suriyadakı mövqelərini zaman-zaman bombalayır. Digər tərəfdən İsrail İranın Suriyaya neft daşıyan tankerlərini də hədəf alır. Ümumiyyətlə, İsrail də İranın Suriyaya istiqamətlənən gəmilərini rahat buraxmır. Böyük ehtimalla Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirib. İsrail və ABŞ arasında mövcud durumla bağlı məsləhətləşmələr başlayıb. Yayılan xəbərlərə görə, Vaşinqton İsrailə İranın mövqelərinə qarşı hücum əməliyyatları həyata keçirməyə yaşıl işıq yandırıb. 

Dəniz müharibəsi İranda mühafizəkar İbrahim Rəsinin hakimiyyətə gəldiyi dövrə təsadüf edib. Həsən Ruhanidən fərqli olaraq İbrahim Rəisi və İslam Keşikçilər Korpusu İsraillə mübarizədə sərt addımlar atmağa hazırdırlar. İranda bir neçə il ərzində nüvə alimlərinin qətlə yetirilməsində də İsrail izi axtarılır. Tehranda bunun intiqamı haqqında da düşünürlər. 

İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir. Tehran bir tərəfdən yenidən böyük dövlətlərlə “nüvə sazişi” imzalamaq istəyir, digər tərəfdən İsraillə növbəti qarşıdurmaya hazırlaşır. Bu gedişat Vaşinqtonun Tehranla “nüvə sazişi” imzalamasını ləngidə bilər. Ağ Evin hazırki sahibi Co Bayden Donald Trampdan fərqli olaraq nüvə anlaşmasına hazır görünürdü. Ancaq İranın İsrailə məxsus gəmiləri hədəf alarkən Bayden üçün Tehranla razılaşmaya hazır olması çətindir. Bayden daxili müxalifətin təzyiqi ilə üzləşəcək.

İbrahim Rəisi - Açıq mənbələrdən götürülüb

 

Yeni prezident İbrahim Rəisi seçim qarşısındadır. O ya “nüvə sazişinə” üstünlük verərək ölkəsinə qarşı iqtisadi sanksiyaların yumşaldılmasına çalışmalı, ya da İslam Keşikçiləri Korpusunun İsrailə qarşı “intiqam” əməliyyatlarına dəstək verərək nüvə anlaşmasını riskə atmalıdır. 

İran-İsrail qarşıdurmasını Azərbaycanın maraqlarına cavab vermir. Bakı İranla və İsraillə tərəfdaşlığını davam etdirmək, hər iki ölkə ilə müxtəlif layihələr reallaşdırmaq istəyir. Rəsmi Bakı İsraildə ticarət və turizm nümayəndəliyi açıb və bu nümayəndəliyin yaxın müddətdə Azərbaycanın bu ölkədə səfirliyinə çevriləcəyi istisna deyil. Azərbaycan-İsrail münasibətlərinin üçüncü dövlətlərə qarşı yönəlmədiyi dəfələrlə vurğulansa da, bu əməkdaşlıq İranda fərqli reaksiyalar doğurur. Halbuki, bunun üçün əsas yoxdur".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr 2026

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib. O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür. Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib. “Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib. O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini,...

Seçilmiş Videolar

Toplum TV loqo