Dünya

İlon Mask: Marsa bilet 100 min dollar olarsa, hamı gedə bilər

19 Aprel, 2022
1335

Jae C. Hong/AP

İlon Mask hesab edir ki, onun şattllarında Marsa getmək üçün biletin qiyməti 100 min dollar olsa, insanların əksəriyyəti üçün əlçatan olar.

Bu barədə BI məlumat yayıb.

Maskın SpaceX şirkəti yaxın onilliklərdə qırmızı planetdə şəhər salmağı planlaşdırır.

Onun sözlərinə görə, qiymət həm biznes şərtləri, həm də Marsa səyahət üçün milyona yaxın adamı cəlb etmək istəyi ilə formalaşacaq. Planetdə şəhər salmaq üçün bu qədər adamın vəsaiti lazımdır.

“Əgər qiymət 100 min dollar olarsa, düşünürəm ki, hər kəs bu məbləği toplaya və əgər istərsə, Marsa yollana bilər”, - Mask söyləyib və “Biz bunu arzulayan hər kəs üçün əlçatan etmək istəyirik”, - deyə əlavə edib.

Mask öz müsahibəsində hökumətin sponsorluğu və ya kredit ayrılması kimi başqa mümkün maliyyə məbləğlərini də sadalayıb.

O, daha əvvəl Marsa gediş-gəliş qiymətinin 100 mindən 500 min dollara qədər ola biləcəyini söyləmişdi. Daha sonra ilk insanın Marsa qədəm qoymasının 2029-cu ildə mümkün ola biləcəyinə eyham edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib

28 Oktyabr 2026

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp Venesuelanın Birləşmiş Ştatların 51-ci ştatına çevrilməsi ideyasını səsləndirib. Tramp bu barədə oktyabrın 27-də Texas ştatının Korpus-Kristi şəhərində Respublikaçı namizədlərə dəstək mitinqində danışıb. O, Venesuelanın gələcəkdə çiçəklənəcəyini deyərək ölkənin ABŞ-nin tərkibinə daxil olmasının mümkünlüyünü dilə gətirib: “Kim bilir, bəlkə də tezliklə o, çiçəklənən 51-ci ştata çevriləcək. Bu, mümkündür. Gəlin onu 51-ci ştat edək”. Tramp Venesuelada prezident seçkisi əvəzinə qubernator seçkisi keçirilməsini də təklif edib: “Orada prezident deyil, qubernator seçkisi keçirək. Necə fikirdir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir”. Çıxışında Tramp ABŞ-yə Venesueladan bir milyon barrel xam neft gətirən tankerdən də danışıb. O, neftin ABŞ-yə vergi ödəyiciləri üçün xərc...
Dünya

Elon Mask: “Starlink” söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər

26 Oktyabr 2026

sosial media

“SpaceX” şirkətinin rəhbəri Elon Mask Ukrayna ordusunu “Starlink” peyk rabitə sistemindən istifadə qaydalarını pozmaqda ittiham edib. Mask oktyabrın 24-də sosial media hesabında yazıb ki, Ukrayna hərbçiləri sistemdən hücum dronları vasitəsilə zərbələr endirmək üçün istifadə ediblər.  “Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozaraq ondan insanları öldürmək məqsədilə hücum dronlarında istifadə edib. Bu boşluq ötən həftə bağlanıb”, - Mask bildirib. Bununla yanaşı, sahibkar “Starlink”in Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. O deyib ki, sistem tamamilə söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər. “Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir”, - Mask əlavə edib. O, həmçinin bildirib ki, Rusiya müharibənin ilk aylarında Ukraynanın digər...

Seçilmiş Videolar

Toplum TV loqo