Dünya

İlon Mask “Twitter"-i 44 milyard dollara alıb

26 Aprel, 2022
1080

REUTERS

"Twitter"in idarə heyəti şirkəti milyarder İlon Maska 44 milyard dollara satmağa razılaşıb. 

"BBC”nin məlumatına görə, amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask bunun üçün 44 milyard ABŞ dolları ödəyib.

Firma əvvəlcə Maskın təklifini rədd edib, lakin indi səhmdarlardan müqaviləni təsdiqləmək üçün səs vermələrini istəyəcək.

O, həmçinin məzmun məhdudiyyətlərinin yumşaldılmasından saxta hesabların aradan qaldırılmasına qədər bir sıra dəyişikliklərə çağırıb.

“Azad söz demokratiyanın təməl daşıdır, "Twitter" isə bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi rəqəmsal şəhər meydanıdır”, -Mask razılaşmanı elan edərkən deyib.

"Forbes" jurnalına görə, İlon Mask 273,6 milyard dollar dəyərində xalis sərvətlə dünyanın ən zəngin adamıdır.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib

28 Oktyabr 2026

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp Venesuelanın Birləşmiş Ştatların 51-ci ştatına çevrilməsi ideyasını səsləndirib. Tramp bu barədə oktyabrın 27-də Texas ştatının Korpus-Kristi şəhərində Respublikaçı namizədlərə dəstək mitinqində danışıb. O, Venesuelanın gələcəkdə çiçəklənəcəyini deyərək ölkənin ABŞ-nin tərkibinə daxil olmasının mümkünlüyünü dilə gətirib: “Kim bilir, bəlkə də tezliklə o, çiçəklənən 51-ci ştata çevriləcək. Bu, mümkündür. Gəlin onu 51-ci ştat edək”. Tramp Venesuelada prezident seçkisi əvəzinə qubernator seçkisi keçirilməsini də təklif edib: “Orada prezident deyil, qubernator seçkisi keçirək. Necə fikirdir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir”. Çıxışında Tramp ABŞ-yə Venesueladan bir milyon barrel xam neft gətirən tankerdən də danışıb. O, neftin ABŞ-yə vergi ödəyiciləri üçün xərc...
Dünya

Elon Mask: “Starlink” söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər

26 Oktyabr 2026

sosial media

“SpaceX” şirkətinin rəhbəri Elon Mask Ukrayna ordusunu “Starlink” peyk rabitə sistemindən istifadə qaydalarını pozmaqda ittiham edib. Mask oktyabrın 24-də sosial media hesabında yazıb ki, Ukrayna hərbçiləri sistemdən hücum dronları vasitəsilə zərbələr endirmək üçün istifadə ediblər.  “Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozaraq ondan insanları öldürmək məqsədilə hücum dronlarında istifadə edib. Bu boşluq ötən həftə bağlanıb”, - Mask bildirib. Bununla yanaşı, sahibkar “Starlink”in Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. O deyib ki, sistem tamamilə söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər. “Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir”, - Mask əlavə edib. O, həmçinin bildirib ki, Rusiya müharibənin ilk aylarında Ukraynanın digər...

Seçilmiş Videolar

Toplum TV loqo