Dünya

Makron son 20 ildə təkrar seçilən ilk Fransa prezidenti oldu

25 Aprel, 2022
2108

EPA

Fransada aprelin 24-də keçirilən prezident seçkilərinin ikinci turunda Emmanuel Makron sağ populist Marin Le Pene qalib gəlib. Beləliklə o, Fransada son 20 ildə təkrar seçilən ilk prezident oldu.

"Fiqaro" qəzeti xəbər verir ki, ilkin nəticələrə görə, Makron səslərin 58,8, Le Pen isə 41,2 faizini toplayıb. Le Pen məğlubiyyətini artıq etiraf edib.

Beş il əvvəl keçirilən prezident seçkilərinin ikinci turunda da bu namizədlər rastlaşmışdılar. O zaman daha böyük fərq qeydə alınmışdı: Makron 66,1, Le Pen isə 33,9% səs toplamışdı. Bu dəfə yanacaq qiymətlərinin və vergilərin artmasından, həyat səviyyəsinin aşağı düşməsindən narazı olan “sarı jiletlilər” prezidentin əleyhinə səs veriblər. Digər tərəfdən, Le Pen öz ritorikasını xeyli yumşaltdı.

Le Penin qələbəsinin AB-nə zərər vuracağından ehtiyat edən bir çox Avropa liderləri Makrona dəstəklərini ifadə etdilər. Xanım namizəd həm də Vladimir Putinə loyal münasibətinə görə ittiham olunur.

“Nyu York tayms” bu yaxınlarda yazırdı ki, AB Makronun təkrar seçilməsindən sonra Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir. İddia olunur ki, Birlik sanksiyaların yanacaq qiymətlərinin artmasına və bunun Makronun səslərini azaldacağından ehtiyat etdiyindən bu addımı seçkilərdən sonraya saxlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Paşinyan “soyqırımı abidəsi”nin direktorunu Vensə Qarabağ müharibəsi haqda kitab verdiyinə görə işdən çıxarıb

12 Mart 2026

Foto/kollaj: Toplum TV

Ermənistan baş naziri Nikol Paşinyan Yerevanda yerləşən “Erməni Soyqırımı” Abidə-Kompleksinin direktorunu ABŞ vitse-prezidenti Ceyms Vensə Qarabağ müharibəsi haqda kitab verdiyinə görə işdən çıxardığını deyib.  Daha öncə Ermənistan mətbuatında ötən ay Azərbaycan və Ermənistana səfər etmiş Vensin “soyqırımı abidəsi”nə ziyarəti zamanı direktor Edita Qzoyan tərəfindən Qarabağ müharibəsi haqda kitab hədiyyə aldığı və direktorun məhz buna görə işdən çıxarıldığı xəbəri yayılmışdı.  Abidə-Kompleksin tabe olduğu Ermənistanın Təhsil Nazirliyi isə iddianı yalanlamış, Qzoyanın kompleksdəki təmir-bərpa işlərinə düzgün nəzarət etmədiyinə görə işdən çıxarıldığını bildirmişdi.  Baş nazir martın 12-də keçirdiyi brifinqdə xəbəri təsdiqləyib və belə əsaslandırıb ki, Qzoyan Vensə bu kitabı hədiyyə etməklə Ermənistanın hazırki xarici...
Dünya

BMT Təhlükəsizlik Şurası İranın hücumlarını pisləyən qətnamə qəbul edib

12 Mart 2026

Foto: açıq mənbə

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası martın 11-də İranı qınayan qətnamə qəbul edib.  Qətnamədə İranın Fars körfəzi ölkələrinə və İordaniyaya hücumları pislənilir və hücumları dərhal dayandırması tələb olunur.  Şuraya üzv olan 15 ölkədən 13-ü qətnamənin lehinə səs verib. Təkcə Rusiya və Çin səsvermədə iştirak etməyib, lakin onlar daimi üzv kimi malik olduqları veto səlahiyyətindən istifadə etməyib.  Səsvermədən sonra çıxış edən İranın BMT-dəki səfiri Əmir-Səid İrəvani qətnamənin qəbulunu “beynəlxalq ictimaiyyət üçün təəssüfedici gün” adlandırıb.  “Bu qətnamə açıq-aşkar təcavüz aktının əsas qurbanı olan ölkəmə qarşı açıq-aşkar ədalətsizlikdir. Bu, reallıqları təhrif edir və mövcud böhranın köklü səbəblərini qəsdən görməzdən gəlir”, - o bildirib....

Seçilmiş Videolar

Toplum TV loqo