Dünya

NATO-nun baş katibi: Rusiyanı qiymətləndirməməklə səhvə yol verməməliyik

14 Noyabr, 2022
2463

Rəsmi səhifə

Ukrayna müharibəni sonlandırmaq üçün danışıqlarda hansı şərtlərin məqbul olduğuna qərar verməlidir.

"Reuters" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Haaqada Hollandiya hökumətinin üzvləri ilə mətbuat konfransı zamanı deyib. O həmçinin əlavə edib ki, NATO Kiyevi dəstəkləməkdə davam edəcək. 

O həmçinin qeyd edib ki, biz "Rusiyanı qiymətləndirməməklə səhvə yol verməməliyik..."

https://toplum.tv/dunya/zelenski-isgaldan-azad-edilmis-xersona-bas-cekib

Stoltenberqin sözlərinə görə, rus qoşunları hələ də Ukraynanın böyük hissəsinə nəzarət edir: "Rusiya Silahlı Qüvvələrinin əlində böyük imkanlar və çoxlu sayda qoşunu var. Rusiya həmçinin ciddi itkilər verməyə hazır olduğunu nümayiş etdirib".

Stoltenberq qeyd edib ki, önümüzdəki aylar çətin olacaq. O bildirib ki, Putinin məqsədi Ukraynanı bu qış soyuq və qaranlıq saxlamaqdır. 

Baş katibin sözlərinə görə, hazırkı münaqişə həm də “enerji resurslarımızın şaxələndirilməsinin və kritik infrastrukturumuzun qorunmasının vacibliyini” göstərir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr 2026

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib. O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür. Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib. “Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib. O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini,...

Seçilmiş Videolar

Toplum TV loqo