Dünya

ABŞ komandirlərinin İrana hücumu "İsanın qayıdışı" ilə əsaslandırdığı deyilir

4 Mart, 2026
120

Foto: Getty Images

ABŞ ordusunda xidmət edən hərbçilər komandirlərin İrana edilən hücumları İncildəki hekayələrlə əsaslandırdığını deyir. 

Bu barədə ABŞ-nin Orduda Dini Azadlıqlar Təşkilatı Yaxın Şərqdəki ABŞ bazalarında xidmət edən 200-dən çox hərbçidən aldığı şikayətlərə istinadən məlumat verib. 

Kimliyi açıqlanmayan bir zabitin yazdığına görə, komandiri xidmət etdiyi bölüyə deyib ki, ABŞ prezidenti Donald Tramp “İsa Məsih tərəfindən seçilib ki, İranda müjdə məşəlini yandırmaqla Armageddon müharibəsini başlatsın və İsanın Yerə qayıdışını təmin etsin.”

Xristianların müqəddəs kitabına görə, Armageddon İsa peyğəmbərin Yerə qayıdışı zamanı onun başçılıq edəcəyi səmavi ordu ilə Allaha tabe olmayanlar arasındakı müharibənin adıdır. 

Pentaqon isə iddiaya cavab verməyib. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan zərbələr endirməyə başlayıb. ABŞ prezidenti Donald Tramp hücumun başlamasını elan etdiyi çıxışında iranlıları hakimiyyəti ələ keçirməyə çağırıb. 

İranın Qırmızı Aypara Cəmiyyətinin martın 3-nə olan məlumatına görə, hücumlar nəticəsində İranda azı 787 nəfər həlak olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo