Avropa Ədalət Məhkəməsi Macarıstana anti-LGBTQ+ qanunu ləğv etməyi əmr edib
AFP via Getty Images
Avropa ittifaqının Ədalət Məhkəməsi Macarıstana 2021-ci ildə qəbul etdiyi anti-LGBTQ+ qanununu ləğv etməyi əmr edən qərar verib.
Aprelin 21-də verilən qərara əsasən, sözügedən qanun bir sıra Avropa İttifaqı qanunlarını pozur və “insan hüquqlarına xüsusilə ciddi müdaxilə deməkdir".
Sözügedən qanun uşaqların baxa biləcəyi media məzmunlarında homoseksuallığın və cins dəyişikliyinin “təbliğini" qadağan edir.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen həmin vaxt qanunu "utancverici" adlandırmış və əlindəki güc mexanizmlərindən istifadə edərək onun ləğvinə çalışacağına söz vermişdi.
Avropa İttifaqı həmin qanuna istinad edərək Macarıstan üçün nəzərdə tutulan bir qism maliyyənin verilməsini dondurmuşdu.
Macarıstanın hazırki baş naziri, mühafizəkar siyasəti ilə tanınmış Viktor Orban isə aprelin 12-dəki parlament seçkilərini uduzub və vəzifədən getməyə hazırlaşır.
Onu əvəz edəcəyi gözlənilən Peter Madyar isə daha öncə Aİ-nin Macarıstana maliyyəsini dondurmasına səbəb olmuş qanunları ləğv edəcəyini deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”