Dünya

Avropa İttifaqı Qərb Sahilində qanunsuz məskunlaşmaya görə israillilərə sanksiya elan edib

12 May, 2026
129

Açıq mənbə

Avropa İttifaqı (Aİ) ölkələri Fələstin ərazisi kimi tanınan Qərb Sahilində qanunsuz məskunlaşmaya görə israilli şəxslər və təşkilatlara sanksiyalar elan edib. 

Aİ ölkələrinin xarici işlər nazirləri mayın 11-də sanksiyaları təsdiqləyiblər. 

Sanksiyalar uzun müddətdir planlaşdırılsa da, Macarıstanın keçmiş baş naziri, İsraillə yaxın münasibətləri olan Viktor Orbanın başçılıq etdiyi hökumət tərəfindən bloklanırdı. Yeni baş nazir Peter Madyarın hökuməti isə sanksiyaları dəstəkləyib. 

Sanksiyaların qüvvəyə minməsi üçün texniki prosedurların tamamlanması gözlənilir. Aİ rəsmiləri ümumilikdə yeddi şəxs və təşkilatın sanksiyalara məruz qalacağını desə də, onların adlarını açıqlamayıblar. 

İsrail mətbuatının yazdığına görə, siyahıda İsrailin məskunlaşma hərəkatının "xaç anası" kimi tanınan Daniella Vays var. Həmçinin bildirilir ki, məskunlaşmaları təşviq edən “Başlanğıc” və “Torpaq Müdafiəçiləri” təşkilatları, eləcə də icazəsiz yaşayış məntəqələrinin maliyyələşdirilməsinə kömək edən “Yəhudi Mühafizəçisi” və “Etibar” təşkilatları da siyahıya daxildir.

İsrail 1967-ci ildə ərəb ölkələrinə qarşı müharibədə Qərb Sahili və Şərqi Qüdsü işğal etdikdən sonra bu ərazilərdə 160-a yaxın yaşayış məntəqəsi inşa edib. Bu məntəqələrdə 700 minə yaxın israilli yaşayır. 

Məskunlaşanların fələstinlilərə qarşı zorakılığı ilə bağlı demək olar ki, hər gün xəbərlər yayılır. Birləşmiş Millətlər Təşkilatı təkcə 2025-ci ildə Qərb Sahili boyunca təxminən 280 icmada insan tələfatı və ya əmlaka ziyanla nəticələnən 1800-dən çox hücumu sənədləşdirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo