Dünya

Britaniya Ukrayna müharibəsindən bəri Rusiyaya qarşı ən böyük sanksiya paketini elan edib

 

25 Fevral, 2026
137

Foto: Getty Images

Böyük Britaniya hökuməti fevralın 24-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edib. 

300-ə qədər yeni sanksiyanı əhatə edən paketin Rusiyanın Ukraynada müharibəyə başlamasından bəri Britaniya tərəfindən tətbiq olunacaq ən böyük sanksiya paketi olduğu bildirilir. 

Sanksiya hədəflərindən biri dünyanın ən böyük neft kəməri şirkətlərindən biri olan "PJSC Transneft"dir. Bu şirkət Rusiyanın neft ixracının 80%-dən çoxundan məsuldur. 

Rusiya neftinin ticarəti ilə məşğul olan “kölgə donanması" da növbəti dəfə hədəfə alınıb. Qlobal miqyasda ən böyük “kölgə donanması” operatorlarından və Rusiya xam neftinin əsas alverçilərindən biri olan "2Rivers" şəbəkəsinə daxil 175 şirkət və 48 tanker sanksiyaya məruz qalıb.

"Rusiyanın “kölgə donanması”nı çəkindirmək, fəaliyyətini pozmaq və zəiflətmək bu hökumət üçün prioritet olaraq qalır. Kremlin və bu qeyri-qanuni ticarətdən qazanc götürmək istəyənlər üçün mesaj aydındır — Rusiya nefti bazardan çıxarılıb", - hökumət bildirib. 

Bu paketlə birlikdə Britaniya hökuməti Rusiyaya qarşı sanksiya rejimi çərçivəsində 3,000-dən çox fiziki şəxsə, şirkətə və gəmiyə sanksiya tətbiq etmiş olub. 

Britaniyanın xarici işlər naziri İvet Kuper fevralın 24-də Kyivə səfər edib və Ukrayna üçün yeni hərbi, humanitar və bərpa dəstəyi paketini də elan edib.

O, Ukraynanın enerji dayanıqlığını gücləndirmək və bərpa prosesini dəstəkləmək üçün hökumətin 30 milyon funt sterlinq (təxminən 38 milyon ABŞ dolları) məbləğində maliyyə ayırdığını açıqlayıb.

Bununla da, müharibənin başlamasından bəri Britaniya tərəfindən Ukraynaya göstərilən ümumi dəstək 21,8 milyard funt sterlinqə (təxminən 27,7 milyard ABŞ dolları) çatıb.

"Biz Ukrayna xalqının yanında dayanmağa və Avropanın təhlükəsizliyini müdafiə etməyə davam edəcəyik, çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir", - Kuper deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo