Dünya

Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq edib

15 May, 2026
246

Açıq mənbə

Böyük Britaniya azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifovun qardaşı Namiq Səlifova qarşı sanksiya tətbiq edib. 

N.Səlifovun adı əvvəlcə hökumətin mayın 11-də dərc etdiyi sanksiyalar paketində digər şəxs və təşkilatların siyahısında yer alıb. Mayın 14-də isə hökumət sanksiyalar siyahısını yeniləyib və N.Səlifovun barəsində şəxsi məlumatlar əlavə edib. 

Mütəşəkkil Cinayət və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) sanksiyaya məruz qalmış şəxsin "Lotu Quli"nin qardaşı olduğunu təsdiqləyib. 

Britaniya hökuməti N.Səlifovu "İran hökuməti adından düşməncə fəaliyyətdə” iştirak etməkdə, o cümlədən "Birləşmiş Krallıqda və ya başqa ölkələrdə insanlara və əmlaka qarşı hücumlarla hədələməkdə, planlaşdırmaqda və ya həyata keçirməkdə" ittiham edib.

İttihamın detalları barədə əlavə məlumat verilməyib. N.Səlifovun da ittihama münasibəti məlum deyil. 

Britaniya N.Səlifovdan başqa 8 şəxs və 3 təşkilatı sanksiyalar paketinə daxil edib. Onların hamısı İranın adından Qərb ölkələrində "düşmən fəaliyyəti" həyata keçirməkdə ittiham olunur. 

Sanksiyalar çərçivəsində şəxs və təşkilatların Britaniyaya girişi qadağan edilir və Britaniya banklarındakı aktivləri dondurulur. 

Sanksiyalar bu yaxınlarda Britaniyada yəhudi icmasına və İran rejiminin tənqidçilərinə qarşı hücumlardan sonraya təsadüf edib. Martın sonlarından bəri Londonda sinaqoqlar və yəhudilərə məxsus başqa obyektlərə qarşı azı 9 dəfə qəsdən törədilən yanğın halları qeydə alınıb. Aprelin 29-da isə Londonda iki yəhudi bıçaqlanıb. 

N.Səlifovun adı daha öncə Nyu-Yorkda İran hakimiyyətinin tənqidçisini öldürməyə cəhdlə bağlı cinayət işində hallanıb.

Ötən ilin oktyabrında ABŞ məhkəməsi həmin işdə təqsirləndirilən, N.Səlifovla əlaqələri olan Polad Ömərov və Rəfat Əmirova 25 il həbs cəzası verib. N.Səlifovun özü isə həmin işdə təqsirləndirilən şəxs kimi tanınmayıb. 

Namiq Səlifovun qardaşı Nadir Səlifov 2020-ci ildə Antalyada öldürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo