Foto: açıq mənbə
Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk-Yol ömürlük həbs cəzasına məhkum edilib.
O, 2024-cü ildə qısamüddətli hərbi vəziyyət elan etməklə üsyana rəhbərlik etməkdə təqsirli bilinib.
Dövlət ittihamçıları isə məhkəmədən keçmiş prezidentin edam edilməsini istəmişdi.
Suk-Yol 2024-cü ilin dekabrında prezident vəzifəsində ikən parlamentə ordu göndərmişdi.
Məhkəmə qərarında göstərib ki, Suk-Yol parlamentin uzun müddət normal fəaliyyət göstərməsinin qarşısını almaq və onu iflic vəziyyətinə salmaq niyyətində olub. Lakin məhkəmə prokurorun keçmiş prezidentin uzunmüddətli diktatura qurmağı planlaşdırdığı barədə iddiasını rədd edib.
65 yaşlı Suk-Yol məhkəmə prosesləri boyunca özünü təqsirsiz hesab etdiyini bildirib. O, hərbi vəziyyət elan etmək üçün prezident səlahiyyətinə malik olduğunu və qərarının müxalif siyasi partiyaların hökumətin işinə mane olmasının qarşısını almağa yönəldiyini iddia edib.
Suk-Yol hərbi vəziyyət elan etdikdən bir müddət sonra vəzifəsindən kənarlaşdırılmış və həbs edilmişdi.
Onun barəsində ötən ay isə öz həbsinə mane olmağa və sənədləri saxtalaşdırmağa görə beş il müddətinə azadlıqdan məhrumetmə qərarı verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”