Dünya

Demokrat qanunvericilər Trampın çıxışına etiraz ediblər 

25 Fevral, 2026
99

Foto: Reuters

ABŞ prezidenti Donald Tramp fevralın 24-də Konqresdə illik müraciətini edib. 

1 saat 48 dəqiqə çəkən müraciətlə Tramp ən az son 60 ildə Konqresdə prezident tərəfindən edilmiş ən uzun çıxışın müəllifi olub. 

O, çıxışında rəhbəri olduğu administrasiyanın işini tərifləyib, İranı hədələyib və müxalifətdə olan Demokratlar Partiyasının üzvlərini tənqid edib. 

Demokrat qanunvericilərin bəziləri Trampın çıxışını boykot edib. Çıxış zamanı zalda olanların bir neçəsi Trampa şüarlarla, əksəriyyəti isə sadəcə ayağa qalxmamaqla və ya zalı tərk etməklə etiraz edib. 

Konqres üzvü Al Qrin çıxış zamanı “Qaralar meymun deyil” sözləri yazılmış plakat qaldırıb. O, bununla Trampın bu yaxınlarda sosial media hesabında keçmiş prezident Barak Obama və xanımını meymun kimi təsvir edən video paylaşmasına istinad edib. Sonradan həmin videonun texniki xəta olduğu deyilsə də və silinsə də, Tramp buna görə üzr istəməkdən imtina etmişdi. 

Bu etirazdan sonra Qrin zaldan çıxarılıb. O, ötən il də Trampın Konqresdəki çıxışına etiraz etdiyinə görə zaldan çıxarılmışdı.

Digər etirazlar Trampın miqrantlara qarşı siyasətindən danışdığı zaman baş verib. 

Konqres üzvü Norma Torres ötən ay Minnesota ştatında miqrasiya polisləri tərəfindən öldürülən iki ABŞ vətəndaşının şəkillərini qaldırıb. Minnesotanı təmsil edən İlhan Omar isə Tramp miqrasiya tədbirlərindən danışarkən “siz amerikalıları öldürmüsünüz” deyə qışqırıb. 

Tramp isə bir neçə dəfə Demokratları onun çıxışına əl çalmaqdan imtina etdiklərinə görə tənqid edib və deyib: “Özünüzdən utanmalısınız.”

"Bu insanlar xəstədir. Biz şanslıyıq ki, belə insanlara rəğmən ölkəmiz var. Demokratlar ölkəmizi məhv edirlər", - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo