sosial media
Amerikalı iş adamı Elon Mask 2026-cı il ABŞ-də Konqresə aralıq seçkiləri üzrə kampaniyalara 445 milyon dollardan çox vəsait ayırıb. CNN-in məlumatına görə, bu məbləğ onu müasir ABŞ siyasi tarixində açıqlanmış ən böyük fərdi donor edib.
Oktyabrın ortalarınadək federal seçki komitələrinə yönəldilən ianələrin həcmi Konqresə son aralıq seçkilərində ən böyük məlum fərdi donor olan Corc Sorosun 2022-ci ildə kənar siyasi qruplara verdiyi təxminən 177 milyon dollardan iki dəfədən çoxdur.
Vəsaitin təxminən 216 milyon dolları onun siyasi fəaliyyətinin əsas mərkəzi sayılan “America PAC”a yönəldilib. Federal Seçki Komissiyasının məlumatlarına əsasən, bu komitə payızda keçiriləcək 40-dan çox Nümayəndələr Palatası və Senat seçkisi üzrə kampaniyalarda fəaliyyət göstərir.
Ən çox vəsait Texasdakı Senat yarışına xərclənib. Demokrat Ceyms Talariko ilə respublikaçı Ken Pakstonun mübarizə apardığı bu seçkinin nəticəsi prezident Donald Trampın səlahiyyət müddətinin son iki ilində Senata hansı partiyanın nəzarət edəcəyinə təsir göstərə bilər.
Məlumata görə, Texasda müxtəlif siyasi qruplar vasitəsilə indiyədək azı 168 milyon dollar xərclənib. “America PAC” Talariko və digər demokrat namizədlərin məğlub olması üçün poçt göndərişləri, rəqəmsal reklamlar və digər təşviqat vasitələrindən istifadə edir.
Bundan başqa, Pakstonun namizədliyini dəstəkləyən “Lone Star Liberty PAC”a 10 milyon dollar ianə verilib. CNN-in araşdırmasına əsasən, həmin təşkilat Talarikoya qarşı süni intellekt vasitəsilə hazırlanmış avtomatlaşdırılmış telefon zənglərini maliyyələşdirib.
Siyasi maliyyəni izləyən “OpenSecrets” təşkilatının araşdırmalar üzrə direktoru Brendon Qlavin bu maliyyə dəstəyinin aralıq seçkilərin nəticələrinə ciddi təsir göstərə biləcəyini bildirib.
“Bir nəfər respublikaçıların xərcləmə və özlərini müdafiə imkanlarının mənzərəsini tamamilə dəyişir”, – Qlavin deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb