Dünya

HƏMAS lideri: "Qəzzada xarici idarəetməni rədd edəcəyik" 

9 Fevral, 2026
164

Foto: BBC

Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının siyasi qanadının lideri Xaled Meşal HƏMAS-ın zolaqda xarici idarəetməni rədd edəcəyini deyir. 

O, fevralın 8-də Qətərdə çıxışında həm də lideri olduğu qruplaşmanın tərk-silah olunmayacağını bildirib. 

"Müqaviməti cinayət sayaraq silahları və müqavimətə rəhbərlik edənləri hədəfə almağı qəbul etməməliyik. İşğal olduğu müddətdə müqavimət də var. İşğal altında olan insanların müqavimət göstərməsi onların haqqıdır. Bu, xalqların qürur duyduğu bir şeydir", - o qeyd edib. 

ABŞ prezidenti Donald Trampın administrasiyasının vasitəçiliyi ilə HƏMAS qruplaşması və İsrail arasında ötən ilin oktyabrında atəşkəs qüvvəyə minsə də, İsrail ordusu atəşkəsi pozmağa davam edib. 

Qəzzanın səhiyyə rəsmilərinin açıqlamasına görə, atəşkəs qüvvəyə mindikdən bəri ən azı 520 nəfər qəzzalı həlak olub.

Ümumilikdə isə İsrailin iki il apardığı müharibədə 70 mindən çox fələstinlinin öldürüldüyü bildirilir. 

Qəzzanın xarici idarəetməsi və HƏMAS-ın tərk-silah olunması Trampın elan etdiyi 20 maddəlik sülh planında nəzərdə tutulub. 

Tramp əvvəllər HƏMAS-ı tərk-silah olunmayacağı halda ağır cavabla hədələyib. Lakin konkret hansı addımları atacağını açıqlamayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo