Dünya

Hollandiyada 12 həkim hantavirusa görə karantinə alınıb

12 May, 2026
120

Reuters

Hollandiyada hantavirus xəstəsinin müalicə olunduğu xəstəxana ehtiyat tədbiri olaraq 12 əməkdaşını karantinə yerləşdirib.

Neymegen Universitet Tibb Mərkəzi bildirib ki, karantin qərarı qan və sidik analizlərinin yenilənmiş təhlükəsizlik protokollarına tam uyğun aparılmaması ilə əlaqədardır. Xəstəxana yoluxma riskinin çox aşağı olduğunu açıqlayıb.

Mayın 7-də Neymegen şəhərində yerləşən xəstəxanaya “Hondius” kruiz gəmisindən bir sərnişin yerləşdirilib. Gəmidə nadir və təhlükəli “Andes” hantavirus ştammının yayılması qeydə alınıb. Bu virus yaxın təmas zamanı insandan insana keçə bilir.

İndiyədək gəmidə üç nəfər ölüb - Niderlanddan olan cütlük və bir Almaniya vətəndaşı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  yeddi təsdiqlənmiş və iki ehtimal olunan yoluxma halının qeydə alındığını bildirib.

Kruiz sərnişinləri Tenerifedən müxtəlif ölkələrə təxliyə olunublar. Gəminin sahibi olan “Oceanwide Expeditions” şirkətinin məlumatına görə, “Hondius” hazırda heyət üzvləri ilə birlikdə Niderlanda qayıdır.

Hantavirus əsasən vəhşi gəmiricilər vasitəsilə yayılır və ağır tənəffüs və böyrək xəstəliklərinə səbəb ola bilər. Hazırda virusa qarşı təsdiqlənmiş vaksin yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo