Dünya

İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

7 May, 2026
125

AFP

İran rəsmisi ölkəsinin iyunda ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatında iştiraka hazırlaşdığını, lakin boykot ehtimalının qüvvədə qaldığını deyib. 

İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın mayın 6-da dövlət mediasına dediyinə görə, İran ABŞ-dən ölkə rəsmilərinə qarşı hörmətsizlik edilməyəcəyinə dair zəmanət istəyir. 

“Əgər amerikalılar bizim hərbi qurumlarımızı və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) hörmətsizlik etməyəcəklərinə zəmanət versələr, biz gedəcəyik. Əgər Kanadadakı kimi bir insidentin baş verməyəcəyinə dair belə bir zəmanət və qəti təminat versələr, gedəcəyik", - o qeyd edib. 

Ötən həftə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Kanadanın Vankuver şəhərində təşkil etdiyi tədbirə yollanan, Tacın da daxil olduğu İran nümayəndə heyəti vizaları olmasına baxmayaraq ölkəyə buraxılmayıb.

Kanada hökuməti bunu nümayəndə heyətində SEPAH-la əlaqəsi olan şəxslərin olması ilə izah edib. Kanada 2024-cü ildə SEPAH-ı terror təşkilatı kimi tanıyıb. 

İran milli komandası gələn həftə təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. 

ABŞ dövlət katibi Marko Rubio daha öncə demişdi ki, ölkəsi İranın dünya çempionatında iştirakına etiraz etmir, lakin SEPAH-la əlaqəli şəxslər ölkəyə buraxılmayacaq. 

İranın iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiyaya və 21-də Belçikaya, 26-da isə Sietlda Misirə qarşı oynaması planlaşdırılır. 

ABŞ-dən başqa Meksika və Kanada da dünya çempionatına ev sahibliyi edəcək. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. Hazırda tərəflər arasında atəşkəs hökm sürsə də, münaqişə başa çatmış sayılmır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo