Dünya

İranın idman naziri: "Ali liderimizi qətlə yetirdiklərinə görə ABŞ-dəki dünya çempionatında iştirak etməyəcəyik"

11 Mart, 2026
151

Foto: açıq mənbə

İran bu ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməyəcək. 

Bunu martın 11-də İranın idman naziri Əhməd Dünyamalı bildirib. O, qərarı ABŞ-nin İrana qarşı hərbi hücumlar həyata keçirməsi və bu ölkənin ali liderini öldürməsi ilə əsaslandırıb. 

“Bu korrupsiyaya bulaşmış hökumət liderimizi qətlə yetirdiyinə görə dünya çempionatında iştirak etməyimizə heç bir əsas yoxdur. İrana qarşı atılan düşməncəsinə addımları nəzərə alsaq, səkkiz-doqquz ay ərzində biz iki müharibə aparmağa məcbur edildik və bir neçə min insanımız öldürüldü. Buna görə də, bu şəkildə iştirak etməyimiz qətiyyən mümkün deyil", - o qeyd edib. 

İran milli komandasının iyunda Los-Ancelesdə Yeni Zelandiya və Belçika ilə, Sietl ştatında isə Misirlə qarşılaşması gözlənilirdi. 

Bundan öncə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampdan İran komandasının dünya çempionatında iştirakı ilə bağlı təminat aldığını demişdi. 

Fevralın 28-dən etibarən ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirir. 

Hücumların başladığı ilk gündə İranın ali lideri Seyid Əli Xamenei və başqa yüksək vəzifəli şəxslər öldürülüb. 

İranın Qırmızı Aypara Cəmiyyətinin martın 9-a olan məlumatına görə, hücumlar nəticəsində ən az 1332 şəxs həlak olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo