Dünya

İsrailin Livana zərbələri nəticəsində azı 254 nəfərin öldüyü deyilir

9 Aprel, 2026
117

Açıq mənbə

Aprelin 8-də İsrail Livana hava zərbələri endirməyə davam edib. Zərbələr nəticəsində mülki yaşayış və ticarət obyektlərinə ziyan dəyib. 

Livan rəsmilərinin dediyinə görə, hücumlar nəticəsində ən az 254 nəfər ölüb, daha 1165 nəfər isə yaralanıb. 

İsrail ordusu bildirib ki, martın 2-də Livanda hərbi əməliyyata başladıqdan sonra Livan ərazisində indiyədək ən böyük koordinasiyalı hücumu həyata keçirib. Hücumlar Beyrut, Bəkaa vadisi və Livanın cənubundakı əraziləri hədəf alıb.

İsrailin müdafiə naziri İsrail Katz isə bildirib ki, hücumlar Livanda mənzillənən, İranın dəstəklədiyi “Hizbullah”ın infrastrukturuna qarşı yönəlib.

İsrailin Livana hücumlara davam etməsi bir gün öncə ABŞ və İran arasında razılaşdırılan müvəqqəti atəşkəsi də riskə atıb. 

Atəşkəsin əldə olunmasında vasitəçilik edən Pakistan baş naziri Şəhbaz Şərif verdiyi bəyanatda atəşkəsin Livana da aid olduğunu qeyd etmişdi. 

İsrail baş naziri Benyamin Netanyahu isə İranla atəşkəsi dəstəkləsə də, Livana hücumlara davam ediləcəyini demişdi. 

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf aprelin 8-də atəşkəsin məntiqsiz olduğunu bildirib. 

"ABŞ-yə qarşı dərin tarixi etimadsızlığımız onun bütün növ öhdəlikləri dəfələrlə pozmasından qaynaqlanır, təəssüf ki, bu, bir daha təkrarlanmış bir nümunədir. İndi isə ‘danışıqlar aparmaq üçün əlverişli əsas’ hələ danışıqlar başlamamışdan əvvəl açıq və aydın şəkildə pozulub. Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məntiqsizdir,” - o qeyd edib.

İsrailin hava zərbələri martın 2-dən bəri Livanda 1530-dan çox insanın ölümünə səbəb olub. Ölənlər arasında 100-dən çox qadın və 130 uşaq var, həmçinin 1.2 milyondan çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo