euperspectives.eu
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Aİ ölkələrini ehtiyatlarındakı “Patriot” raketlərini Ukraynaya verməyə çağırıb.
“Yevropeyska Pravda”nın məlumatına görə, Kallas bunu sentyabrın 28-də Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Ukraynanın hava hücumundan müdafiəyə ciddi ehtiyacı var. Biz yenidən anbarlarında bu raketlər olan ölkələrə müraciət edirik. Onlar raketləri Ukraynaya verə bilərlər ki, daha sonra istehsal olunacaq ‘Patriot’ raketləri onların ehtiyatlarını bərpa etsin”, - Kallas bildirib.
Aİ Şurasının açıqladığı gündəliyə əsasən, görüşdə Ukraynaya hərbi dəstək, o cümlədən hava hücumundan müdafiənin gücləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunur.
Ukraynaya “Patriot” raketlərinin çatdırılmasının sürətləndirilməsi bundan əvvəl də müzakirə edilib.
“Agence Europe”un sentyabrın 25-də yaydığı məlumata görə, nəzərdən keçirilən mexanizm Aİ ölkələrinin mövcud ehtiyatlarından raketləri dərhal Ukraynaya verməsini nəzərdə tutur. Əvəzində həmin ölkələr Ukrayna üçün maliyyələşdirilmiş və 2027-ci ildə çatdırılması planlaşdırılan raketləri alaraq ehtiyatlarını bərpa edə bilərlər.
Kallas sentyabrın 1-də İrlandiyada keçirilən müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə də Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə çağırmışdı. Lakin həmin görüşdə əlavə “Patriot” raketlərinin verilməsi ilə bağlı konkret öhdəlik elan olunmamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
şəxsi arxivi
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”