sosial media
Serbiya prezidenti Aleksandr Vuçiç oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq üçün istefa verib. O, sentyabrın 27-də açıqladığı qərarla ikinci prezidentlik müddətinin başa çatmasını gözləmədən vəzifəsindən ayrılıb.
Vuçiç seçkilərdə hakim Serbiya Tərəqqi Partiyasının siyahısına başçılıq edəcək. Partiyası hökuməti formalaşdırmaq imkanı qazanarsa, o, baş nazir vəzifəsinə keçməyi planlaşdırır.
İstefa niyyətini hələ iyunun sonunda açıqlayan Vuçiç partiyasının seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib. O, səsvermənin demokratik keçiriləcəyini və Serbiyanın iqtisadi cəhətdən güclənəcəyini vəd edib.
Növbədənkənar seçkilər hökumətin sentyabrın 7-də parlamentin buraxılması üçün prezidentə müraciətindən sonra təyin olunub. Vuçiç müraciəti qəbul edərək Xalq Skupşinasını buraxıb və səsverməni oktyabrın 25-nə təyin edib.
2017-ci ildən prezident olan Vuçiçin ikinci səlahiyyət müddəti 2027-ci ildə bitməli idi. Serbiya Konstitusiyası eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə imkan vermir.
Serbiyada hökumətə baş nazir rəhbərlik edir. Prezidentin isə xarici siyasət və təhlükəsizlik də daxil olmaqla bir sıra sahələrdə səlahiyyətləri var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
şəxsi arxivi
euperspectives.eu
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”