Dünya

Lavrov: "Hörmüzün bağlanması nəticəsində yaranan enerji qıtlığını kompensasiya edə bilərik"

15 Aprel, 2026
228

Reuters

Çində rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Hörmüz boğazının bağlanmasının qlobal enerji tədarükünə təsirindən və ölkəsinin oynaya biləcəyi roldan danışıb. 

"Rusiya, şübhəsiz ki, həm Çin Xalq Respublikası, həm də bizimlə əməkdaşlıqda maraqlı olan digər ölkələrdə yaranmış enerji resursu çatışmazlığını kompensasiya edə bilər", - o, Pekində keçirdiyi mətbuat konfransında deyib. 

Çinin dövlət televiziyasının məlumatına görə, prezident Si Cinpin Lavrovla görüşdə bildirib ki, Çin və Rusiya “coğrafi yaxınlıq və qarşılıqlı əməkdaşlıq kimi üstünlüklərindən tam istifadə etməli, hərtərəfli əməkdaşlığı dərinləşdirməli və bir-birinin inkişaf dayanıqlığını artırmalıdır.”

Pekin və Moskva yaxın iqtisadi və siyasi tərəfdaşlardır və bu münasibətlər Rusiyanın 2022-ci ildə Ukraynada işğalçı müharibəyə başlamasından sonra daha da dərinləşib.

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hücumlara başlamasından sonra qlobal enerji bazarı üçün həyati əhəmiyyət daşıyan əsas keçid nöqtəsi olan Hörmüz boğazı üzərində faktiki nəzarəti İran ələ alıb.

İran münaqişə başlayandan bəri boğazdan ABŞ və onu dəstəkləyən ölkələrin bayrağı altında üzən gəmilərin keçməsinə icazə vermir. Nəticədə boğazdan keçən gəmilərin sayı xeyli azalıb. Bu isə dünya üzrə neft və təbii qaz daşımalarının təxminən beşdə birini iflic edib və qlobal iqtisadiyyatda ciddi sarsıntılara səbəb olub.

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə razılıq əldə olunmuşdu. Həmin atəşkəs çərçivəsində İranın da Hörmüz boğazını keçid üçün açacağı gözlənilirdi. 

Lakin İran rəhbərliyi İsrailin Livana hücumlara davam etdiyini əsas gətirərək boğazı açmaqdan imtina edib.

ABŞ prezidenti Donald Tramp da aprelin 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazını İran gəmilərinə bağlamaq əmri verdiyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo