Dünya

Netanyahu: "Livanla təcili sülh danışıqlarına başlamalıyıq"

10 Aprel, 2026
139

Açıq mənbə

İsrailin baş naziri Benyamin Netanyahu aprelin 9-da başçılıq etdiyi hökumətə təcili Livanla sülh danışıqlarına başlamaq barədə göstəriş verdiyini açıqlayıb. 

O əlavə edib ki, danışıqların mövzusuna İranın dəstəklədiyi və Livanda mənzillənən "Hizbullah" qruplaşmasının tərksilah edilməsi də daxil olacaq.

“Livanın İsraillə birbaşa danışıqlara başlamaqla bağlı təkrar müraciətlərini nəzərə alaraq, dünən [aprelin 8-i] kabinetə mümkün qədər tez Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verdim. Danışıqlar "Hizbullah"-ın tərk-silahına və İsrail ilə Livan arasında dinc münasibətlərin qurulmasına yönələcək”, - baş nazir bəyanatında deyib.

Netanyahunun bəyanatından bir saat əvvəl Livan prezidenti Cozef Aun bildirib ki, Livandakı vəziyyətin "yeganə həlli İsrail ilə Livan arasında atəşkəsin əldə olunması, daha sonra isə onların arasında birbaşa danışıqların aparılmasıdır.”

O qeyd edib ki, bu məsələ ilə bağlı diplomatik istiqamətdə çalışır və bu səylər beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. 

İsrail ordusu İranla münaqişə fonunda martın 2-dən bəri Livana qarşı həm quru, həm havadan hücumlar həyata keçirir. 

Livan rəsmilərinin dediyinə görə, hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla 1700-dən çox şəxs öldürülüb, bir milyondan çox insan isə evlərini tərk etməli olub. 

Aprelin 8-də isə İsrail Livana qarşı yeni münaqişə ərzindəki ən güclü zərbələri endirib. Nəticədə bir gündə 254 nəfər ölüb, 1165 nəfər yaralanıb. 

İsrailin Livana hücumlara davam etməsi bir gün öncə ABŞ və İran arasında razılaşdırılan müvəqqəti atəşkəsi də riskə atıb. 

Atəşkəsin əldə olunmasında vasitəçilik edən Pakistan baş naziri Şəhbaz Şərif verdiyi bəyanatda atəşkəsin Livana da aid olduğunu qeyd etmişdi. 

İsrail baş naziri Benyamin Netanyahu isə İranla atəşkəsi dəstəkləsə də, Livana hücumlara davam ediləcəyini demişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo