NYT: "Xamenei özünə qarşı sui-qəsd olacağı halda ölkəni idarə edəcək şəxsi müəyyən edib"
Foto: açıq mənbə
İranın ali lideri Seyid Əli Xameneinin özünə qarşı sui-qəsd baş verəcəyi halda ölkəni idarə edəcək şəxsi müəyyən etdiyi bildirilir.
Bu barədə fevralın 22-də "The New York Times" qəzeti İran İslam İnqilabı Keşikçiləri Korpusunun adları açıqlanmayan rəsmilərinə istinadən xəbər verib.
Rəsmilərin dediyinə görə, ali lider İranın idarəçiliyini Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Ləricaniyə əmanət edib.
67 yaşlı Ləricani bu vəzifəyə ötən ilin avqustunda təyin olunub. O, 2008-2020-ci illərdə İran parlamentinin spikeri olub.
Son həftələrdə ABŞ-nin İran körfəzində hərbi qüvvələrini cəmləşdirməsi fonunda ABŞ və İran arasında müharibə ehtimalı güclənib.
ABŞ İrandan nüvə proqramını tamamilə dayandırmasını istəyir. İran rəsmiləri isə nüvə sənayesinin yalnız mülki məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
Bu həftə Cenevrədə iki ölkənin nümayəndələri arasında danışıqların davam edəcəyi gözlənilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”