Dünya

Pakistan Əfqanıstana "açıq müharibə" elan edib

27 Fevral, 2026
263

Foto: AFP/Getty Images

Pakistan fevralın 27-ə keçən gecədən başlayaraq paytaxt Kabul da daxil olmaqla Əfqanıstana zərbələr endirib. 

Pakistan hökuməti bunu Əfqanıstana rəhbərlik edən Taliban qruplaşmasının bir gün öncə iki ölkənin sərhədi yaxınlığındakı Pakistan hərbi məntəqələrinə qarşı hərbi əməliyyat aparması ilə əsaslandırıb. 

Taliban isə öz növbəsində münaqişəni qarşı tərəfin başlatdığını iddia edib, Pakistan tərəfinin fevralın 22-də sərhədyanı ərazilərə hava zərbələri endirdiyini bildirib. 

Pakistanın baş naziri Şəhbaz Şərif ölkəsinin “istənilən aqressiv ambisiyanı məhv etmək üçün tam qabiliyyətə malik olduğunu” deyib. Müdafiə naziri Xavaca Asif isə Talibana qarşı “açıq müharibə” elan edib. 

Gün ərzində Kabulda ən azı üç dəfə partlayış səsləri eşidilib. Əfqanıstan hökumətinin sözçüsü Zəbiullah Mücahid deyib ki, Pakistan həm də cənubdakı Kəndəhar və cənub-şərqi Paktia vilayətlərinə hava zərbələri endirib.

Pakistanın baş nazirinin sözçüsü Moşərrəf Zaidi iddia edib ki, fevralın 27-i səhər baş verən hücumlarda 133 nəfər Taliban əsgəri öldürülüb, 200-dən çoxu isə yaralanıb.

Taliban hökuməti isə yalnız səkkiz döyüşçüsünün öldürüldüyünü, 11 nəfərin isə yaralandığını bildirib.

İki ölkənin ortaq sərhədi boyunca həftələrdir döyüşlər gedir və hər iki tərəf qarşı tərəfdən onlarla  insanı öldürdüyünü iddia edir.

Münaqişənin qızışması 2021-ci ildə Əfqanıstanda Taliban hakimiyyətə qayıtdıqdan bəri iki ölkə arasında gərginliyin artması fonunda baş verir.

2025-ci ilin oktyabrında iki ölkə Qətər və Türkiyənin vasitəçiliyi ilə, sərhəd boyunca bir həftə davam edən şiddətli və ölümcül toqquşmalardan sonra dərhal atəşkəs barədə razılığa gəliblər.

Əfqanıstanla Pakistan arasındakı sərhəd Durand xətti adlanır və 2,611 kilometr uzunluğundadır. Əfqanıstan bu sərhədi rəsmi olaraq tanımır və onun puştunların yaşadığı bölgələri qeyri-legitim şəkildə ayıran, müstəmləkə dövründə məcburi şəkildə çəkilmiş bir sərhəd olduğunu bildirir.

Qonşu ölkələr Talibanın 2021-ci ildə hakimiyyəti ələ keçirməsindən bəri tez-tez toqquşublar. Müşahidəçilər bildirir ki, 2021-ci ildən bu yana Əfqanıstan və Pakistan qüvvələri arasında azı 75 hərbi toqquşma baş verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo