Dünya

Paşinyan: "Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı planlaşdırmırıq" 

26 Fevral, 2026
228

Foto: açıq mənbə

Ermənistan baş naziri Nikol Paşinyan Gümrü şəhərindəki Rusiya hərbi bazasını bağlamağı planlaşdırmadıqlarını deyib. 

“Armenpress”in xəbərinə görə, o, bunu Polşada xarici səfirlər, diplomatlar və analitik mərkəzlərin nümayəndələri ilə görüşü zamanı iştirakçılardan birinin sualına cavab olaraq bildirib. 

“Siz bilirsiniz ki, son illərdə müəyyən hadisələr baş verib. 2024-cü ilə qədər Ermənistanın sərhəd buraxılış məntəqələrinin əksəriyyəti Rusiya nəzarətində idi və ya, məsələn, beynəlxalq hava limanımızda Rusiya sərhədçiləri var idi. Lakin hazırda bütün sərhəd buraxılış məntəqələri Ermənistan sərhədçiləri tərəfindən idarə olunur. Təbii ki, biz Rusiyaya minnətdarıq. Yeni müstəqil dövlət kimi 1990-cı illərin əvvəllərində bu cür xidməti təmin etmək imkanlarımız yox idi, amma indi bunu edə bilirik və imkanlarımızı inkişaf etdiririk", - Paşinyan qeyd edib. 

Baş nazir bildirib ki, başçılıq etdiyi hökumətin Rusiya hərbi bazası ilə bağlı "heç bir plan, proqram və ya narahatlığı" yoxdur. "Biz Rusiya ilə yaxın tərəfdaşıq, çox yaxın iqtisadi və siyasi əlaqələrimiz var", - o əlavə edib. 

Bununla belə, Paşinyan xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırıb. 

“Bu, 2022-ci ildə baş vermiş müəyyən hadisələrlə bağlıdır. Ermənistan KTMT-dən məyus olmuşdu, çünki hüquqi öhdəliklərinə baxmayaraq, KTMT Ermənistanın təhlükəsizlik çağırışlarına adekvat cavab vermədi. Amma digər tərəfdən, biz deyirik ki, Ermənistan ilə Rusiya arasındakı münasibətlər transformasiya mərhələsindədir. Hazırda biz Rusiya ilə yeni münasibətlər formalaşdırırıq. Təbii ki, biz qətiyyətliyik və Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik, amma aydındır ki, bu münasibətlər bir çox amillər səbəbindən dəyişir”, - Paşinyan bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo