Foto: Reuters
Ermənistan baş naziri Nikol Paşinyan müxalifətdə olan rəqiblərini Azərbaycanla “sülh prosesinə qarşı çıxdıqlarına görə” tənqid edib.
O, martın 30-da sosial media hesabında etdiyi videomüraciətdə deyib ki, müxalifət liderlərinin Azərbaycanla sülh barədə anlayışları onun yürütdüyü siyasətdən fərqlənir.
“Müharibəyönümlü üçbaşlı Koçaryan-Karapetyan-Tsarukyan partiyası bizi 2024-2025-ci illərdən, eləcə də 2018-ci ildən əvvəl sülhün olduğuna inandırmağa çalışır”, - deyə Paşinyan keçmiş prezident Robert Koçaryan və iş adamları Samvel Karapetyan və Qaqik Tsarukyana eyham vurub.
“Əlbəttə ki, bu iddia kinayəli bir yalandır, təkcə ona görə ki, müstəqillik və 1994-cü ildəki atəşkəsdən bəri hər il Azərbaycanla atışma nəticəsində itkilər olurdu. Üstəlik, ölənlərin sayı yüzlərlə idi və yaralananların sayı isə xeyli çox idi. Bəlkə də, onların sülh anlayışı hər il itki verməyimizdir, bizim ideyamız isə bunun əksidir: sülh itkilərin və heç bir gərginliyin olmaması deməkdir”, - o əlavə edib.
Baş nazir çıxışında bir daha Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olduğunu bildirib.
Paşinyan rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası tərəfindən iyunun 7-də keçiriləcək parlament seçkilərində baş nazirliyə namizəd seçilib.
Hakim partiyanın rəqibi olan “Ermənistan İttifaqı" bloku isə parlament seçkiləri üçün Koçaryanı baş nazirliyə namizəd seçib.
Koçaryan da daxil olmaqla müxalif liderlər çıxışlarında bir qayda olaraq Paşinyanı Rusiya ilə münasibətləri pozmaqda və Avropa İttifaqı ilə yaxınlaşmaqda, eləcə də Qarabağı Azərbaycana təhvil verməkdə ittiham edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”