Dünya

Putin Ermənistanın "Ukrayna ssenarisi" ilə üzləşə biləcəyinə eyham vurub 

11 May, 2026
153

Açıq mənbə

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropaya inteqrasiya ilə bağlı seçim etməli olduğunu deyib. 

O, Qələbə Günü paradından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Yerevan "geosiyasi istiqamətinin nə olduğuna ən tez zamanda qərar verməlidir". 

“Mənim fikrimcə, həm Ermənistan əhalisinə, Ermənistan vətəndaşlarına münasibətdə, həm də əsas iqtisadi tərəfdaş kimi bizə münasibətdə mümkün qədər tez qərar vermək düzgün olardı. Məsələn, referendum keçirə bilərlər", - o qeyd edib. 

Putin əlavə edib ki, belə bir referendumun nəticəsi Moskvaya “müvafiq nəticələr çıxarmağa” və “yumşaq, ağıllı və qarşılıqlı faydalı ayrılığı” davam etdirməyə imkan verəcək.

Rusiya lideri, həmçinin, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə bağlı ambisiyalarının gələcəkdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərindən birində müzakirə olunmasını da təklif edib.

Eyni çıxışda Putin Ermənistanın Avropaya inteqrasiya cəhdləri ilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən əvvəl baş verən hadisələr arasında paralellər aparıb.

“İndi hər şey Ukrayna ssenarisi istiqamətində cərəyan edir. Bəs bütün bunlar haradan başladı? Ukraynanın Aİ-yə qoşulması və ya qoşulmağa cəhd etməsindən", - Putin bildirib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Putinə cavab olaraq erməni jurnalistlərə bildirib ki, ölkəsi Aİ üzvlüyü ilə bağlı "münasib vaxtda" qərar verəcək. 

“Biz həmişə demişik ki, vaxt gələndə, Ermənistanın Aİİ ilə Aİ arasında seçim etməli olduğunu anlayanda, həmin seçim ediləcək. Burada yeni heç nə yoxdur. Hazırda biz Aİİ-nin üzvüyük, fəaliyyətimizi orada davam etdiririk, lakin Ermənistan xalqının Avropayönümlü istəklərinin olması sirr deyil", - o əlavə edib. 

2025-ci ildə Ermənistan parlamenti ölkənin Avropaya inteqrasiya prosesi haqqında qanun qəbul edib. Bu yaxınlarda Yerevanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Ermənistan və Aİ arasında əlaqələrin inkişafına dair sənədlər imzalanıb. 

Rusiya rəsmiləri əvvəl də Ermənistanın Aİ və ya Aİİ-yə üzvlüklə bağlı seçim etməli olduğunu bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo