Dünya

Putin Ukrayna ilə “Pasxa atəşkəsi” elan edib

10 Aprel, 2026
146

Kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə “Pasxa atəşkəsi” elan edib. Atəşkəs 11 Aprel saat 16:00-dan etibarən 12 Aprel tarixində günün sonunadək qüvvədə olacaq. 

Kremlin rəsmi açıqlamasında bildirilib ki, atəşkəs pravoslav Pasxa bayramı ilə əlaqədardır. Putin Rusiya Silahlı Qüvvələrinə hərbi əməliyyatları dayandırmağı, eyni zamanda mümkün təxribatların qarşısını almağa hazır olmağı tapşırıb.

Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında bu addımı dəstəklədiyini elan edib. O bildirib ki, Kiyev daha əvvəl də Pasxa bayramı ərəfəsində atəşkəs elan etməyi təklif etmişdi.  

2025-ci ilin aprelində də Rusiya Pasxa atəşkəsi elan etmişdi. Lakin həmin müddətdə tərəflər atəşkəsin dəfələrlə pozulduğunu bildirərək bir-birini qarşılıqlı ittiham etmişdilər.

Çoxsaylı görüşlərə baxmayaraq, Rusiya–Ukrayna münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda irəliləyiş müşahidə olunmur. Eyni zamanda, cəbhə xəttində də vəziyyət əsaslı şəkildə dəyişməyib.

Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir, bu ərazilərin böyük hissəsi 2022-ci ilin fevral ayının sonlarında başlayan genişmiqyaslı hərbi əməliyyatlardan sonra ələ keçirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo