Dünya

Qəddafinin oğlu öldürülüb

4 Fevral, 2026
190

Foto: açıq mənbə

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu öldürülüb.

53 yaşlı Seyf əl-İslam Qəddafinin ölümü fevralın 3-də yaxınları tərəfindən Liviya Xəbər Agentliyinə təsdiqlənib.

Məlumata görə, o, Zintan şəhərindəki evində dörd nəfərlik dəstə tərəfindən sui-qəsdə məruz qalıb, lakin hücumun arxasında kimin dayandığı aydın deyil. 

Seyf əl-İslam Qəddafi Müəmmar Qəddafinin 1969-cu ildən 2011-ci ilədək Liviyanı idarə etdiyi dövrdə ölkədə atasından sonra ən nüfuzlu və vahiməli fiqur kimi qəbul olunurdu.

1972-ci ildə anadan olan Seyf əl-İslam, 2000-ci ildən Qəddafi rejiminin süqutunadək Liviyanın Qərblə yaxınlaşmasında mühüm rol oynayıb.

Atasının hakimiyyətdən uzaqlaşdırılmasından sonra isə o, hökumət əleyhinə etirazların amansızcasına yatırılmasında əsas rol oynamaqda ittiham olunaraq Zintan şəhərində bir silahlı dəstə tərəfindən təxminən altı il həbsdə saxlanılıb.

Beynəlxalq Cinayət Məhkəməsi onu 2011-ci ildə müxalifət etirazlarının yatırılmasında oynadığı roluna görə insanlığa qarşı cinayətlərdə mühakimə etmək istəyirdi.

2015-ci ildə Tripolidə - nəzarətin BMT-nin dəstəklədiyi hökumətin əlində olduğu ərazidə məhkəmə onu repressiyalarda roluna görə qiyabi şəkildə ölüm cəzasına məhkum edib.

 

Lakin iki il sonra, ölkənin şərqində yerləşən Tobrukda fəaliyyət göstərən silahlı dəstə amnistiya qanunu əsasında onu azad edib.

 

Qəddafinin devrilməsindən sonra Liviya müxtəlif silahlı qrupların nəzarətində olan ərazilərə parçalanıb və hazırda iki rəqib hökumət arasında bölünüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo