Dünya

"Epşteyn faylları": Pedofil kimi tanınan şəxsin İsrailə işlədiyi haqda nələr bəllidir?

4 Fevral, 2026
335

Foto/kollaj: Toplum TV

Hələ "Epşteyn faylları" ictimailəşmədən Cefri Epşteynin İsrailin kəşfiyyat xidmətinə işlədiyi haqda konspiraloji nəzəriyyələr var idi. 

Sənədlərin açıqlanması isə bu gümanları yalnız gücləndirməyə xidmət edib. 

Bəzi sənədlərdən aydın olur ki, İsrailin keçmiş baş naziri Ehud Barak 2013-2017-ci illərdə həyat yoldaşı ilə birlikdə dəfələrlə Epşteynin Nyu-Yorkda yerləşən iqamətgahında olub. 

E.Barak hələ 2003-cü ildən Epşteynlə tanış olduğunu əvvəllər də gizlətməyib və hətta iş adamının 2008-ci ildə azyaşlını fahişəliyə cəlb etməyə görə məhkum edilməsindən sonra da onunla əlaqə saxladığını təsdiqləyib. Lakin o, hər hansı cinayət əməlinə şahid olduğunu və ya belə əməllərdə iştirakını dəfələrlə inkar edib.

Lakin Epşteynin barəsində məhkəmə hökmləri çıxarıldıqdan illər sonra belə davam edən yazışmaların həcmi və bu ünsiyyətin adi xarakter daşıması onların münasibətlərinin mahiyyəti ilə bağlı şübhələri yenidən gücləndirib.

Açıqlanan səs yazılarından birində Epşteynin Baraka amerikalı iş adamı Piter Teyllə əməkdaşlıq təklif etdiyi eşidilir. 

Rəqəmsal izlənmə texnologiyaları üzrə ixtisaslaşan "Palantir" şirkətinin qurucusu və sahibi olan Teyl həm də ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqlərindən biridir. O, hələ 2016-ci ildə Trampın seçki kampaniyasına ianələr edib və mitinqində çıxış edib. 

"Palantir"in 2023-cü ildən Qəzzada başlayan müharibə zamanı İsrail ordusu ilə əməkdaşlığını şirkət rəhbərləri də gizlətmir. Onlar İsrail tərəfinə Qəzzadakı HƏMAS döyüşçülərinin data məlumatlarını ötürdüklərini bildirirlər.

Daha qalmaqallı detal isə sənədlər toplusunun tərkibində yer alan, Federal Təhlükəsizlik Bürosunun (FBI) 2020-ci il tarixli memorandumu ilə bağlı ifşalardır.

ABŞ-də seçkilərə xarici təsir məsələsi üzrə aparılan FBI araşdırması zamanı tərtib edilmiş bu memorandumda naməlum şəxsə istinad edilərək iddia olunur ki, Epşteyn “İsrail kəşfiyyatına işləyib” və onun “Mossad agenti” olduğuna dair əsaslar var. 

Memorandumda, həmçinin, Epşteynin Ehud Barak ilə “yaxın münasibətdə” olduğu bildirilir və iş adamının Barakın İsrail rəhbəri olduğu dövrdə təlimatlandırıldığı fikri irəli sürülür.

Buna baxmayaraq, memorandum hüquqi qüvvə daşımır və məxfi mənbəyə əsaslanır. Bununla belə, onun rəsmi FBI fayllarında yer alması bu iddiaların əks-kəşfiyyat orqanında kifayət qədər ciddi qəbul edilərək sənədləşdirildiyini göstərir.

Epşteynlə Barak arasında aparılan elektron yazışmalarda Mossad haqqında – bəzən zarafatla, bəzən isə müdafiə xarakterli – söhbət açılıb. 2018-ci ilə aid bir mesajda Epşteyn Barakdan onun İsrailə işləmədiyini ictimai şəkildə bəyan etməsini xahiş edib. 

Yeni açıqlanan sənədlərdə ABŞ prezidenti Donald Trampın da adı dəfələrlə çəkilir. Məlumat bazası üzrə ümumilikdə ona aid 1800-dən çox istinad yer alır. 

Tramp hər hansı cinayətdə iştirakını inkar edib və Epşteyn işi ilə bağlı ona qarşı heç vaxt ittiham irəli sürülməyib.

Bununla belə, FBI memorandumunda Trampın barəsində “İsrailin əlində kompromatların olduğu” iddia olunur. 

Bu kimi cinayət tərkibi yaradacaq minlərlə iddiaya baxmayaraq, ABŞ-nin Ədliyyə Nazirliyi "Epşteyn faylları" ilə bağlı işin başa çatdığını, heç kimə qarşı ittiham irəli sürülməyəcəyini bəyan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Almaniyada hərbi aviabaza yaxınlığına dron düşüb

16 Sentyabr 2026

Jens Schlueter/Getty Images

Almaniyanın Hannover şəhəri yaxınlığındakı hərbi aeroportun ətrafına dron düşüb. Onun qalıqları Aşağı Saksoniya əyalətindəki Ştaynhuder-Mer gölü ərazisində tapılıb. Yerli “Bild” nəşrinin məlumatına görə, polis dronun digər hissələrini axtarır. Aparatın kimə məxsus olduğu və hansı məqsədlə istifadə edildiyi hələlik müəyyənləşməyib. Hadisə yerindən bir kilometr məsafədə ölkənin Vunstorf hərbi aviabazası yerləşir. Almaniya Hərbi Hava Qüvvələrinin A400M nəqliyyat təyyarələri burada yerləşdirilib. Avqustun 5-də də Leypsiq hava limanında Ukraynaya məxsus nəqliyyat təyyarəsini hədəf aldığı bildirilən, lakin partlamayan dron tapılmışdı. Sonradan ərazidə daha iki dron aşkarlanmışdı. Almaniya hakimiyyəti həmin hadisədə Rusiyanın əli olduğunu bildirib. Daxili işlər naziri Aleksandr Dobrindtin sözlərinə görə, bu qənaət dronun texniki...
Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...

Seçilmiş Videolar

Toplum TV loqo