Dünya

"Epşteyn faylları"nda adı çəkilən keçmiş Britaniya şahzadəsi həbs olunub 

19 Fevral, 2026
167

Foto: açıq mənbə

Keçmiş Britaniya şahzadəsi Endryu Mauntbatten-Vindzor vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək həbs olunub. 

Britaniya polisinin məlumatına görə, Endryu “ətraflı araşdırmalar”dan sonra saxlanılıb və hazırda barəsində istintaq başlanıb.

İttiham barəsində əlavə məlumat verilməyib.

Polis daha öncə bildirmişdi ki, keçmiş şahzadənin Cefri Epşteynlə məxfi sənədləri paylaşması iddiası araşdırılır. 

"Epşteyn faylları"nda adı keçən Endryu ötən ilin oktyabrında şahzadə titulundan məhrum olunub. 

Epşteynin azyaşlı kimi cinsi istismara məruz qoyduğu qadınlardan biri Virciniya Cufre yeniyetmə yaşlarında şahzadə Endryu tərəfindən 3 dəfə zorlandığı barədə iddialar səsləndirib. Endryu isə bu iddiaları həmişə rədd edib.

Cufre ötən ilin aprelində ölü tapılıb. Onun oktyabrda dərc olunan memuarında da bu iddialar təkrar olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo