Foto: Frantisek Svatos
Martın 15-də Los-Ancelesdə film sənayesində ən nüfuzlu mükafat sayılan "Oskar" mükafatlarının təqdimetmə mərasimi baş tutub.
"Cənab Heç kim Putinə qarşı" adlı film "Ən Yaxşı Sənədli Film" nominasiyasında "Oskar"a layiq görülüb.
"Bu film ölkənizi necə itirməyiniz haqdadır, bu görüntülərlə işləyərkən gördük ki, xırda şeylərə göz yummaqla onu necə itirə bilərsiniz", - rejissor Devid Borenşteyn səhnədə mükafatı aldıqdan sonra deyib.
Filmin əsas müəllifi Pavel Talankin isə çıxışında müharibələrə son qoymağa çağırıb.
Talankin Uralda mədən şəhərində məktəbdə müəllim işləyib. O, Rusiya Təhsil Nazirliyinin tapşırığı ilə məktəbdə Ukraynaya qarşı müharibənin təbliğatını lentə alıb. Sonradan isə Rusiyanı tərk edib və lentə aldıqlarını sənədli filmə çevirib.
Talankin Borenşteyn ilə internet üzərindən tanış olub. Amerikalı rejissor iki il müddətində Talankin filmi çəkdiyi vaxt ona uzaqdan rejissorluq edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”