Dünya

Rusiyanın Kiyevə hücumu nəticəsində 24 nəfər ölüb, onlardan 3-ü uşaqdır

15 May, 2026
122

Foto: t.me/V_Zelenskiy_official

Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində paytaxtın Darnitski rayonunda ölənlərin sayı 24-ə çatıb. Ölənlər arasında üç uşağın da olduğu bildirilir. Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Bildirilib ki, mayın 14-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya 56 raket və 675 pilotsuz uçuş aparatı ilə hücum edib. Əsas hədəfin Kiyev olduğu qeyd olunur.

Hücum nəticəsində Darnitski rayonunda doqquzmərtəbəli yaşayış binasının giriş hissəsi dağılıb. Axtarış-xilasetmə əməliyyatı 28 saatdan çox davam edib. Kinoloqlar 2 800 kvadratmetr ərazidə axtarış aparıblar. Hücum nəticəsində 48 nəfər yaralanıb.

Hazırda fövqəladə hallar xidmətinin bölmələri qəza-bərpa işlərinə başlayıb.
Mayın 15-i Kiyevdə matəm günü elan olunub.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, yaralanan və evini itirən hər kəsə yardım göstərilməlidir.

“Belə Rusiyanı heç vaxt normallaşdırmaq olmaz. Həyatı məqsədli şəkildə məhv edən və buna görə cəzasız qalacağını düşünən Rusiyanı. Təzyiq göstərmək lazımdır. Məhz Ukrayna Avropanı və dünyanı qoruyur ki, uşaqların öldüyü bu cür hücumlar daha da yayılmasın. Buna görə də həyatı müdafiə edənlərə dəstək davam etməlidir. Antiballistik müdafiə hər zaman lazımdır”, - deyə o qeyd edib.

Zelenski əlavə edib ki, “susmayan və bu qəddar hücumu pisləyən hər kəsə minnətdardır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo