Dünya

Tramp Hörmüz boğazını blokadaya almağı əmr edib

13 Aprel, 2026
240

Açıq mənbə

ABŞ prezidenti Donald Tramp aprelin 12-də sosial media hesabında bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına dərhal blokada tətbiq etməyə başlayacaq.

O, bu qərarı bir gün öncə ABŞ və İran arasında Pakistanda keçirilən sülh danışıqlarının razılaşma olmadan başa çatmasından sonra verib. 

Trump İranı hədə-qorxu gəlməkdə günahlandırıb və bildirib ki, ABŞ ordusu Hörmüz boğazından keçmək üçün İrana rüsum ödəmiş gəmiləri beynəlxalq sularda izləyib saxlayacaq. O əlavə edib ki, ABŞ qüvvələri İranın boğaza yerləşdirdiyi dəniz minalarını təmizləməyə başlayacaq.

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hücumlara başlamasından sonra qlobal enerji bazarı üçün həyati əhəmiyyət daşıyan əsas keçid nöqtəsi olan Hörmüz boğazı üzərində faktiki nəzarəti İran ələ alıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) eyni gündə xəbərdarlıq edib ki, mülki gəmilər “müəyyən qaydalara” riayət etməklə boğazdan keçə bilər, lakin boğaza yaxınlaşan hərbi gəmilər atəşkəsi pozmuş sayılacaq və “sərt şəkildə cavabları veriləcək”.

İran münaqişə başlayandan bəri boğazdan ABŞ və onu dəstəkləyən ölkələrin bayrağı altında üzən gəmilərin keçməsinə icazə vermir. Nəticədə boğazdan keçən gəmilərin sayı xeyli azalıb. Bu isə dünya üzrə neft və təbii qaz daşımalarının təxminən beşdə birini iflic edib və qlobal iqtisadiyyatda ciddi sarsıntılara səbəb olub.

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə razılıq əldə olunmuşdu. Həmin atəşkəs çərçivəsində İranın da Hörmüz boğazını keçid üçün açacağı gözlənilirdi. 

Lakin İran rəhbərliyi İsrailin Livana hücumlara davam etdiyini əsas gətirərək boğazı açmaqdan imtina edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo