Foto: Getty Images
ABŞ prezidenti Donald Tramp Cefri Epşteynlə dost olmadığını, onun istintaq sənədlərinə əsasən isə günahsız olduğunu iddia edib.
O, bunu fevralın 2-də "Truth Social" platformasında yazıb.
"Mən nəinki Cefri Epşteynlə dost olmamışam, həm də Ədliyyə Nazirliyi tərəfindən yenicə açıqlanan məlumatlara əsasən, Epşteyn və Maykl Volf adlı yalançı ‘müəllif’ birləşərək mənə və prezidentliyimə zərər vurmaq üçün plan qurublar. Radikal solçuların heç nəyə ümidi qalmasın, onların bəzilərini məhkəməyə verəcəyəm. Bundan əlavə, boş-boş danışmağı sevən bir çox insandan fərqli olaraq, mən heç vaxt bulaşmış Epşteyn adasına getməmişəm. Amma bu korrupsiyaya bulaşmış Demokratların və onların donorlarının demək olar ki, hamısı orada olub", - o qeyd edib.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı "Epşteyn faylları"nda Trampın adı azı 3 min dəfə hallanır. Onun yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar, təcavüz, zorakılıq əməlləri törətdiyi haqda iddialar var.
"Epşteyn faylları” milyarder iş adamı, azyaşlıların cinsi istismar məqsədilə alverində təqsirləndirilən Cefri Epşteynə dair istintaq materiallarını əhatə edir.
Epşteyn 2019-cu ilin iyulunda həbs edilib və bir ay sonra həbsxanada ölü tapılıb. Rəsmilər onun intihar etdiyini bildirsələr də, bir çox amerikalı buna şübhə ilə yanaşır.
İttiham aktında qeyd olunur ki, Epşteyn aralarında azyaşlıların da olduğu çoxlu sayda qızı özünə məxsus adaya apararaq cinsi istismara məruz qoyub.
Açıqlanan sənədlərdə Trampdan başqa milyarder iş adamı Bil Qeyts, Britaniya şahzadəsi Endryu və keçmiş ABŞ prezidenti Bill Klintonun da adı çəkilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”