Dünya

Tramp: "İranı aid olduğu daş dövrünə qaytaracağıq"

2 Aprel, 2026
140

Foto: AP

ABŞ prezidenti Donald Tramp aprelin 1-də televiziya ilə yayımlanan çıxışında bildirib ki, ABŞ ordusu İranda məqsədlərinə demək olar ki, nail olub. 

Lakin o, bir aydan çoxdur davam edən münaqişənin nə vaxt bitəcəyinə dair dəqiq vaxt göstərməyib və İranı növbəti 2-3 həftə ərzində bombalamaqla "aid olduğu daş dövrünə qaytarmağa" söz verib.

Tramp bir daha İran liderləri ilə danışıqların getdiyini iddia edib. 

İran rəhbərliyi isə dəfələrlə ABŞ ilə danışıqların getdiyini təkzib edib və atəşkəs belə istəmədiklərini bildiriblər. 

Tramp bundan bir gün öncə Ağ Evdə jurnalistin sualına cavab olaraq demişdi ki, ABŞ İrana qarşı hərbi əməliyyatları 2-3 həftə ərzində bitirəcək. 

Trampın çıxışından bir neçə saat öncə isə İran prezidenti Məsud Pezeşkian ABŞ ictimaiyyətinə ünvanlanan müraciət yayımlayıb. 

O, müraciətində amerikalılardan Trampın hazırki xarici siyasətinin, həqiqətən, "Öncə Amerika" sloqanına uyğun gəlib-gəlmədiyini sorğulamalarını istəyib. 

“Günahsız uşaqların qətli, xərçəng müalicəsi üçün dərman istehsal edən müəssisələrin məhv edilməsi və ya bir ölkəni ‘daş dövrünə qaytarmaq’ üçün bombalamaqla öyünmək ABŞ-nin qlobal nüfuzuna daha çox zərər vurmaqdan başqa hər hansı bir məqsədə xidmət edirmi?”, - o sual edib. 

Fevralın 28-dən bəri ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirir. İran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket zərbələri endirir. İran eyni zamanda dünya neft tədarükünün 20 faizinin həyata keçdiyi Hörmüz boğazını da əksər ölkələrin tankerlərinə bağlayıb. 

İranın Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, İranda hücumlar nəticəsində 1900-dan çox mülki şəxs ölüb, 20 mindən çoxu isə yaralanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo