Dünya

Tramp: "Putin İranın nüvə danışıqlarında iştirak etməyi təklif etdi" 

30 Aprel, 2026
132

Getty images

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Ukrayna və İranda davam edən münaqişələri müzakirə ediblər. 

Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakovun sözlərinə görə, Rusiya prezidenti saat yarımdan çox davam edən zəngdə ABŞ-nin İranda quru əməliyyatı perspektivini təhlükəli hesab etdiyini bildirib, eyni zamanda Trampın atəşkəsi uzatmaq təşəbbüsünü alqışlayıb. 

Tramp da Ağ Evdə jurnalistlərə söhbətin yaxşı keçdiyini deyib. 

O, Putinin İranın nüvə proqramı üzrə danışıqlarda iştirakını təklif etdiyini deyib. "Mən isə dedim ki, onun əvəzinə Ukraynadakı müharibəni bitirsə, yaxşı olar", - o əlavə edib. 

Uşakov isə liderlərin Ukrayna ilə bağlı oxşar mövqedə olduğunu deyib. 

"Həm Vladimir Putin, həm də Donald Tramp bildirib ki, Volodimir Zelenskinin rəhbərlik etdiyi Kiyev rejiminin davranışı ilə bağlı qiymətləndirmələri, əsasən, oxşardır. Onların fikrincə, avropalıların təşviqi və dəstəyi ilə bu rejim münaqişəni uzatmaq siyasəti yürüdür", - o qeyd edib. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunub, lakin münaqişə sona çatmış sayılmır. 

Rusiya isə Ukraynada işğalçı müharibəyə 2022-ci ilin fevralında başlayıb. Tramp ikinci dəfə prezidentliyə başlayandan bəri tərəflər arasında ABŞ-nin vasitəçiliyi ilə danışıqlar baş tutsa da, bunlar nəticə verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo