Dünya

Tramp: "Sülh Şurası üzvləri Qəzzanın bərpası üçün 5 milyard dollar söz verib" 

17 Fevral, 2026
208

Foto: AP

ABŞ prezidenti Donald Tramp özünün təsis etdiyi Sülh Şurasına üzv dövlətlərin Qəzzada yenidənqurma üçün 5 milyard dollardan çox vəsait ayıracağını bildirib. 

Tramp bunu "Truth Social" platformasında yazıb. 

O əlavə edib ki, üzv dövlətlər Qəzzaya yerləşdiriləcək beynəlxalq sabitləşdirici qüvvə və yerli polis üçün minlərlə şəxsi heyət ayırmağa da razılaşıblar. 

Sülh Şurasının ilk toplantısı fevralın 19-da Vaşinqtonda yerləşən Sülh İnstitutunda baş tutacaq. ABŞ Dövlət Departamenti bu yaxınlarda instituta Trampın adını verib.

İclasda 20-dən çox dövlət başçısının iştirakı gözlənilir. 

Ötən ay Davosda rəsmi mərasimdə təsisi elan olunan Sülh Şurasına Azərbaycan da daxil olmaqla 26 ölkə qurucu üzv kimi qoşulub.

Azərbaycan prezidenti İlham Əliyevin ilk iclasda iştirakı ilə bağlı rəsmi məlumat yoxdur. Digər qurucu üzv, Ermənistan baş naziri Nikol Paşinyan isə iştirak edəcəyini təsdiqləyib. 

Trampın kürəkəni, iş adamı Cared Kuşner yanvarın 22-də Davosda Qəzza zolağında yenidənqurma üçün baş planı ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, yenidənqurma üçün 25 milyard dollardan çox vəsait tələb olunacaq. 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2023-cü ilin oktyabrında İsrailin başlatdığı və iki il davam edən müharibə nəticəsində Qəzzada yaşayış binalarının 90 faizdən çoxu dağıdılıb və ya zədələnib.

Tramp administrasiyasının vasitəçiliyi ilə Qəzzaya nəzarət edən HƏMAS qruplaşması və İsrail arasında ötən ilin oktyabrında atəşkəs qüvvəyə minsə də, İsrail ordusu atəşkəsi pozmağa davam edib. 

Qəzzanın səhiyyə rəsmilərinin açıqlamasına görə, atəşkəs qüvvəyə mindikdən bəri 500-dən çox qəzzalı həlak olub.

Qəzzanın bərpası, eləcə də Sülh Şurasının yaradılması Trampın elan etdiyi 20 maddəlik sülh planında nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo