Dünya

Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsə ömürlük həbs verilib

5 Fevral, 2026
161

Foto: sosial media

Prezident Donald Trampa 2024-cü ilin sentyabrında sui-qəsd cəhdi etməkdə ittiham olunan şəxs ABŞ məhkəməsi tərəfindən ömürlük həbsə məhkum edilib. 

59 yaşlı Rayan Rut həmin vaxt prezidentliyə namizəd olan Trampı öldürməyə cəhddə təqsirli bilinib. 

Rut məhkəmədə özünü təqsirli bilməyib. O, çıxışında Trampı qolf oynamağa çağırıb və onu Adolf Hitlerlə müqayisə edib. Hökm oxunduqdan sonra Rut qələmlə özünə xəsarət yetirməyə cəhd edib.

Cinayət işində Rutun 2024-cü ilin sentyabrında Floridada Trampa məxsus qolf kurortunda avtomatla bir kolun arxasında gizləndiyi və prezidentliyə namizədi nişan almağa çalışdığı iddia olunur. Lakin Gizli Xidmət əməkdaşları avtomatın lüləsini fərq etdikdən sonra Rut kolun arxasından çıxaraq qaçmağa cəhd edib və həbs olunub. 

Bu, həmin vaxt Trampa qarşı ikinci sui-qəsd cəhdi olub. 

Həmin ilin iyulunda Pensilvaniyada mitinqdə çıxış edən Trampa 20 yaşlı Tomas Kruks bir neçə dəfə atəş açıb. Güllələrdən biri Trampın qulağını sıyırıb və o, xəstəxanaya aparılıb. Gizli Xidmət snayperi Kruksu yerindəcə öldürüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo