Ukraynaya qarşı müharibədə iştirak edənlərin Avropa İttifaqına girişi qadağan oluna bilər
EPA
Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim edib. Paket çərçivəsində Ukraynaya qarşı genişmiqyaslı müharibədə iştirak edən şəxslərin Avropa İttifaqına girişinə tam qadağa qoyulması təklif edilir.
Komissiyanın iyunun 9-da açıqladığı təkliflərə əsasən, sanksiyalar siyahısına Rusiyanın “kölgə donanması”na aid daha 30 gəmi əlavə oluna bilər. Bundan başqa, 31 Rusiya bankı ilə əməliyyatların qadağan edilməsi, müxtəlif avtomobil ehtiyat hissələri və balıq məhsullarının idxalına məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, enerji sektorunda Rusiya neftinə tətbiq olunan qiymət tavanının bir barel üçün 44,1 ABŞ dolları səviyyəsində müəyyənləşdirilməsi təklif olunur.
Onun sözlərinə görə, sanksiyalardan yayınma hallarının qarşısını almaq məqsədilə, o cümlədən üçüncü ölkələrdə fəaliyyət göstərən şirkətlərə münasibətdə əlavə tədbirlər də hazırlanır.
Ötən həftə “Politico” nəşri yazmışdı ki, yeni sanksiyalar paketinə Rusiyanın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı tədbirlər də daxil ediləcək.
Hazırda Avropa İttifaqında “Rosneft”lə əməliyyatlar qadağandır, “Lukoil”a qarşı məhdudiyyətlər isə əsasən şirkətin törəmə müəssisələrini əhatə edir.
Avropa İttifaqı rəsmiləri daha əvvəl bildirmişdilər ki, 21-ci sanksiyalar paketi iyunun ortalarında təsdiqlənə bilər.
Только что
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”