Zaxarova: "Zelenskinin Yerevana səfəri Aİ-nin Ermənistana hansı gələcək vəd etdiyini göstərdi"
Toplum TV
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin Yerevana səfərini tənqid edib.
O, mayın 7-də jurnalistlər üçün brifinqdə deyib ki, Ermənistan hakimiyyəti "terrorçu Zelenskiyə səhnə verib".
“Rusiya cəmiyyəti bunu təkcə müşahidə etmədi, həm də dərin hiddət və heyrət hissi ilə qəbul etdi ki, uzun illər dost və qardaş xalq hesab etdiyimiz Ermənistan bir terrorçuya, neonasist rejimin liderinə meydan verdi və o, Yerevanda çox isti qarşılandı. Zelenski ermənistanlı ev sahiblərinin bu anlaşılmaz qonaqpərvərliyindən istifadə edərək özünün artıq bezdirici hala gəlmiş köhnə anti-Rusiya çıxışlarını səsləndirdi", - Zaxarova bildirib.
“Əslində Zelenskinin Yerevana səfər etməsi çox gözəldir. Qoy Ermənistan xalqı Brüsselin kimi öz uğurlu siyasətinin simvolu kimi gördüyünü bilsin. Zelenskinin Yerevana səfəri Ermənistan xalqına Avropa İttifaqının onlar üçün hansı gələcəyi vəd etdiyini göstərdi", - o əlavə edib.
Zelenski mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısında iştirak üçün Yerevana gəlmişdi.
Ermənistan baş naziri Nikol Paşinyan isə mayın 7-də brifinqdə deyib ki, ölkəsi Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil.
Ermənistan son illərdə Rusiyanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarında iştirakını dayandırıb.
Paşinyanın başçılıq etdiyi hökumət eyni zamanda Avropa İttifaqı və ABŞ ilə yaxınlaşmaq siyasəti yürüdür.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”