Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib
açıq mənbə
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.
Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib.
Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.
AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan əmlakları özgəninkiləşdirmək səlahiyyəti olmayıb, Nazirlər Kabinetinin qərarı isə yalnız özgəninkiləşdirmə prosedurunun hazırlıq mərhələsinə aid olub və əmlakların məcburi alınması üçün hüquqi əsas yaratmayıb. Məhkəmə bu səbəbdən Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozulduğu qənaətinə gəlib.
Ərizəçilər AİHM-dən Azərbaycan hökumətinə qarşı 120-375 min avro məbləğləri aralığında təzminat kəsilməsini istəyib. Məhkəmə isə bu iddiaları həddən artıq və əsaslandırılmamış hesab edib.
Yekunda məhkəmə ərizəçilər üçün ümumilikdə maddi zərərə görə 120,660, mənəvi zərərə görə 15 min avro təzminat təyin edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib
açıq mənbə
Sürücülər: “Sədərək-Dilucu sərhədində gömrük və AYNA arasındakı mübahisə sərnişinləri piyada qoyub”
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır