Siyasət

İlham Əliyev: “Bizi müharibəyə Ermənistan məcbur edib”

15 Oktyabr, 2026
7

president.az

“Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər”.

Bu sözləri prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Prezident onların yanıldığını iddia edib: “Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.

Əliyev Azərbaycanın döyüş meydanında qisas aldığını, daha sonra isə Ermənistana sülh təklif etdiyini deyib.
“Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirmədik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən biraz çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”, - prezident əlavə edib.

Əliyev çıxışında ATƏT-in Minsk Qrupunun 1992-ci ildən fəaliyyətinin “imitasiya xarakteri daşıdığını” bildirib. Onun sözlərinə görə, münaqişənin həlli üçün yaradılan qrup “məsələni inhisara götürmüş”, həmsədrlərin fəaliyyəti isə münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlib.

Prezident həmçinin Ermənistanın əvvəlki və hazırkı rəhbərliyini ittiham edib, beynəlxalq təşkilatları Ermənistanın işğalı, hərbi cinayətlər və etnik təmizləmə iddiaları qarşısında laqeyd qalmaqda günahlandırıb. Əliyev Avropa Parlamenti və Avropa Şurasının Azərbaycanı hədəf aldığını, Ermənistanı isə təşviq etdiyini deyib.

1980-ci illərin sonlarında kəskinləşən Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında silahlı qarşıdurmaya çevrilib. 1990-cı illərin əvvəllərində Qarabağ və ona bitişik yeddi rayon Ermənistanın nəzarətinə keçib.

2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində Azərbaycan həmin ərazilərin əhəmiyyətli hissəsinə nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrında keçirilən hərbi əməliyyatdan sonra isə Bakı Qarabağ üzərində tam nəzarətini bərpa etdiyini elan edib.

2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və qarşılıqlı iddialardan imtina etməsi nəzərdə tutulur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həbsdə olan jurnalist Ülviyyə Əlinin İtaliyada kitabı nəşr olunub

14 Oktyabr 2026

sosial media

“MeydanTV” işi üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) İtaliyada kitabı dərc edilib.  Bu barədə jurnalistin yaxınları sosial mediada məlumat yayıblar. Məlumata görə, İtaliyanın Turin universitetində Ülviyyə Əlinin italyan dilində "La mia voce non si arresta" (“Səsim həbs olunmur”) kitabı dərc edilib. Kitab jurnalistin həbsxanadan göndərdiyi məktublar və verdiyi müsahibələrdən ibarət topludur. Kitabın ön sözü "Amnesty International" təşkilatının İtaliya bölməsinin sözçüsü Rikardo Nuri tərəfindən yazılıb. Ülviyyə Əli ötən il mayın 7-də “Meydan TV işi” üzrə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, jurnalist kimi “Amerikanın...
Siyasət

Paşinyan: “Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır”

14 Oktyabr 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bu barədə oktyabrın 14-də sosial şəbəkələrdəki canlı yayımında danışıb. Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Paşinyan sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, Ermənistanla Azərbaycanın isə bərabər ölçülü əraziləri mübadilə etməsini təklif edib. O, “Sülhün kəsişməsi” layihəsi çərçivəsində və ondan kənarda bütün yolların və kommunikasiya xətlərinin açıq olmalı olduğunu deyib. “Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç...

Seçilmiş Videolar

Toplum TV loqo