Dünya

Ukrayna limanlarından taxıl ixracı bərpa edilib

2 Noyabr, 2022
1999

Front News - Україна

Ukrayna limanlarından humanitar dəhliz vasitəsilə taxıl ixracı bərpa olunub.

"Bloomberg" xəbər verir. ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin müdafiə naziri Hulusi Akarı humanitar dəhlizin işinin bərpa olunduğu barədə məlumatlandırıb.

https://toplum.tv/dunya/rusiyada-seferberlikden-yayinanlara-5-ile-qeder-hebs-cezasi-verile-biler

Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz növbəsində bildirib ki, Rusiya BMT və Türkiyə sayəsində Ukraynadan lazımi yazılı təminat aldıqdan sonra Ukraynadan taxıl ixracına dair sazişdə iştirakını bərpa edib. Bu təminatlara əsasən, Ukraynanın humanitar dəhlizi və limanları Rusiya Federasiyasına qarşı döyüş əməliyyatları üçün istifadə edilməyəcək.

"Rusiya Federasiyası hesab edir ki, hazırda alınan zəmanətlər kifayətdir və sazişin icrasını bərpa edir", - Rusiya Müdafiə Nazirliyi bildirib.

Oktyabrın 29-da Rusiya iyul ayında Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukrayna limanlarından taxıl və gübrə ixracına dair sazişdə iştirakını dayandırıb. Rusiya hakimiyyəti bunu Ukrayna pilotsuz təyyarələrinin Sevastopolda Qara dəniz donanmasının gəmilərinə hücumundan sonra təhlükəsizlik məqsədilə etdiyini bildirib.

Ukrayna limanlarından taxıl və gübrə ixracına dair müqavilə 120 gün müddətinə, yəni 2022-ci il noyabrın 19-dək nəzərdə tutulub. Tərəflərdən heç biri etiraz etmədikdə, saziş avtomatik olaraq uzadıla bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr 2026

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib. O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür. Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib. “Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib. O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini,...

Seçilmiş Videolar

Toplum TV loqo