Açıq mənbələrdən götürülüb
Ukrayna Prezidenti Volodimir Zelenski təzəlikcə Rusiya işğalından azad edilmiş Xerson şəhərinə səfər edib.
Bu barədə noyabrın 14-də Ukrayna liderinin teleqram kanalı məlumat yayıb.
Zelenski səfər zamanı hərbçilərə müraciət edərək, NATO və digər müttəfiqlərə Ukraynanı dəstəklədiklərinə görə təşəkkür edib.
https://toplum.tv/dunya/erdogan-qerbi-ve-abs-i-rusiyaya-hucumda-ittiham-edib
Çıxışı zamanı Zelenksi bildirib ki, bütün "ölkəmiz üçün sülhə hazırıq”.
"Reuters" xəbər verir ki, Zelenskini Xersonun mərkəzi meydanında şəhər sakinləri Ukrayna bayraqları ilə qarşılayıblar. İştirakçılardan bəziləri uşaqları da özləri ilə gətiriblər. “Mən çox xoşbəxtəm, bunu insanların reaksiyasından da görmək olar, onların reaksiyası səhnələşdirilməyib”, - deyə Zelenski qeyd edib.
Bir neçə gün əvvəl Rusiya hərbi komandanlığı təchizatın çətinliyini və hərbi qulluqçuların həyatının qorunmasını əsas gətirərək, qoşunları Xersondan və Dnepr çayının sağ sahilindəki ərazilərdən çıxarıb.
Noyabrın 11-də Ukrayna ordusunun ilk bölmələri Xersona daxil olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”
whitehouse
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”