azal.az
“Azərbaycan Hava Yolları” dövlət aviaşirkəti maliyyə hesabatı açıqlayıb.
"Turan”ın məlumatına görə, indiyədək 2019 və 2020-ci illər üzrə audit edilmiş hesabatlar (Deloitte & Tuoche) əlçatandır və bu hesabatlara əsasən, ötən ilin əvvəlində AZAL-ın zərəri (1 milyard 764 milyon manat) aviaşirkətin aktivlərinin 90%-ni təşkil edib.
2020-ci ildə COVID-19 koronavirus pandemiyası ilə əlaqədar AZAL-ın birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb.
Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət il ərzində aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib.
Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon dollar) ötüb.
Maliyyə xərcləri, məzənnə fərqləri, eləcə də hesablanmış mənfəət vergisi nəzərə alınmaqla, aviaşirkətin 2020-ci il üçün zərəri əvvəlki illə müqayisədə 3% az olmaqla 76,4 milyon manat təşkil edib.
2021-ci il yanvarın 1-nə AZAL-ın öhdəlikləri 2 milyard 758 milyon manat təşkil edib, bu da onun aktivlərindən 39,4% çoxdur.
Borc portfelində kreditlər və maliyyə lizinqi üzrə borclar 2,5 milyard manatdan artıqdır.
Aviaşirkətin mənfi kapitalı 780 milyon manata çatır.
Hesabata görə, 2021-ci ilin 10 ayı ərzində AZAL-ın gəlirləri 383,2 milyon manat təşkil edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar