AP Photo / Azamat Sarsenbayev
Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş AZAL təyyarə qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək.
Bu barədə Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin birgə bəyanatında bildirilib.
Bəyanata görə, tərəflər məsələ ilə bağlı razılığa Azərbaycan və Rusiya prezidentləri arasında 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilmiş görüş zamanı gəliblər. Razılaşmaya əsasən, qəza nəticəsində yaranmış məsələlərin, o cümlədən kompensasiya ödənişinin müvafiq qaydada həlli nəzərdə tutulur.
Sənəddə qeyd olunur ki, hadisə Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində baş verib. Nəticədə “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 tipli təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.
2024-cü il dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan “Embraer 190” modelli təyyarə Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.
Qəzada 38 nəfər həlak olub, 29-u yaralanıb.
2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq qəzanın Rusiya ordusunun müdaxiləsi nəticəsində baş verdiyini etiraf edib.
O, qurbanların ailələrinə təzminat veriləcəyinə və məsuliyyət daşıyanların cəzalandırılacağına söz versə də, bu, indiyədək baş tutmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”